Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaq yeməklərində - Şirkət HƏRƏKƏTƏ KEÇDİVİRUS TƏHLÜKƏSİ

  • 2017.12.11 15:06
  • 16918 Baxış
Uşaq yeməklərində  - Şirkət HƏRƏKƏTƏ KEÇDİ VİRUS TƏHLÜKƏSİ
Fransanın məşhur "Lactalis” şirkəti salmonella virusu qorxusu ilə bəzi uşaq südü məhsullarını geri qaytarıb.

 

Medicina.az publika.az-a istinadən xəbər verir ki, məhsulların geri qaytarıldığı ölkələr arasında İngiltərə, Çin, Pakistan, Banqladeş, Sudan da yer alır. Geri qaytarılan yüzlərlə uşaq məhsulu dünya miqyasında "Milumel”, "Picot” və "Celi” kimi adlarla satışa çıxarılıb.


Ölkə mətbuatına bu barədə açıqlama verən şirkət rəsmisi Mişel Nalet 7000 ton məhsula virus bulaşmış ola biləcəyini deyib:


"Hələ ki, bu məhsulların nə qədərinin istifadə edildiyi və ya satışa çıxarılması barədə dəqiq məlumat yoxdur”.


Qeyd edək ki, "Lactalis" məhsullarına salmonellanın Fransanın şimal qərbindəki Craon qəsəbəsindəki bir fakrikdən yolxuduğu iddia olunur. Fevral ayından bu vaxta qədər bu fabrikdə istehsal edilən bütün məhsullar geri qaytarılıb və fabrik dezinfeksiya edilib.


Bu virusun qida zəhərlənməsi, ishal, mədə ağrıları, qusma kimi əlamətləri var. Heyvanların bağırsaqlarında yaranan virusa yoluxanlarda müşahidə edilən su itkisi onu uşaqlar və qocalar üçün daha təhlükəli edir.