Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaq sidiyi nəyə dərmandır ? - Qədim türkəçarə

  • 2022.09.06 16:32
  • 6602 Baxış
Uşaq sidiyi nəyə dərmandır ?  - Qədim türkəçarə



Sidik böyrəklər tərəfindən süzülən işlənmiş qan plazmasıdır. Sağlam insanın sidiyi heç bir təhlükə daşımır. Bu hansısa iyrənc və zərərli maye də deyil.


Lakin xəstə və müalicə alan xəstələrdə sidik toksiki zəhərli maddələrlə doludur.

Sidiyin müalicəvi təsiri barədə qədimdən məlumdur. Hazırda isə bu alternativ tibdə urinoterapiya adlanır.

Bu terapiyaya üz tutanlar sidiyi distillə hala gətirərək həm vanna, həm kompress kimi, həm də daxilə istifadə edir.
Bu məqsədlə daha çox uşaq və ya hamilə qadın sidiyi tövsiyə edilir.

Medicina.az uşaq sidiyinin faydalarını təqdim edir.


Sidik tərkibinə görə 99% sudan ibarətdir. Onda kreatin, urobilin, sidik turşusu, zülal maddələri var. Sidikdə ümumi 200 komponent vardır.

Uşaq sidiyindən ən təhlükəsiz istifadə ağrı nahiyələrinə isti kompreslərdir.

Podaqrada kompress - ağrılı, iltihablı nahiyəyə sidik kompressi üçün gündüz sidiyi və ya gecə yuxudan əvvəlki sidik alınıb, su hamamında 25 dərəcə qızdırılıb, tənzif və ya kətan parça isladılaraq,ağrıyan nahiyəyə qoyulur.


Sidik burda 1 sutka saxlanılır. Bu müddət ərzində dərinin məsamələrindən sidikdəki faydalı maddələr oynaq, xəstə toxumanı sağaldır, damarları təmizləyir.

Əlavə olaraq, qaşınma, yanma, qızarma ola bilər. Bu, urinada çox ammiak olmasından irəli gəlir.

Oynaq, sümük, şiş, istənilən ağrıda sidik kompresi olunur.

Hətta sınıq, çıxıq, şişkinlik zamanı da sidik kompresi edilir.

Kompresdən sonra həmin sahə isti su ilə yuyulur.


Belə kompress revmatizm, artrit, artroz, ostexondroz, işiasda sidik kompresi biostimulyator rolunu oynayır. Pasiyent artıq 2 gün sonra yaxşılaşma hiss edir.


Aygün Musayeva