Arnold-Kiari anonaliyası bir çox insanlarda rast gəlinən, insanın səbəbini biımədən sanki sərxoş kimi davranmasıdır.
"Həmişə sərxoş qız" sindromu daha çox qız uşaqlarında rast gəlinir.
ABŞ-da 15 yaşlı Erin Orlop bu sindromdan əziyyət çəkir. Uzun müddət xəstəliyi bilinmədiyindən ailəsi və ətrafı ilə bilirdi ki, qız gizlicə spirtli içki içir.
Gəzəndə səndirləyir, harasa dəyir, görməsi zəifləyir, başı gicəllənir, yanaqları şişir, çənəsi ağrıyır və başını tez –tez çevirib bu ağrını sanki azaltmaq istəyirdi. Valideynlər onunla nə baş verdiyini anlaya bilmir, həkimlər çaş-baş idi. Ətrafdakıların qınağı qıza normal cəmiyyətə çıxmağa və məktəbə getməyə belə mane olurdu. Nəhayət bir neçə mütəxəssis gəzdikdən sonra, baş beyni MRT-müayinəsində incələyib, ilk dəfə olaraq onda Arnold Kiari sindromu diaqnozu qoyuldu. Vəziyyət ağır olduğundan qızı dərhal əməliyyata alırlar. Əməliyyatdan 3 gün sonra artıq uşaqda bütün simptomlar itmiş, o özünü həyatında ilk dəfə normal insan kimi hiss etmişdi.
Medicina.az xəbər verir ki, bu anomaliyadan tam müalicə təssüf ki, yoxdur.
Erin kimi digər belə pasiyentlərə də bir neçə əməliyyat lazımdır və o idmanla məşğul ola bilməz.
Patologiyanın səbəbi nədir?
Anomaliya nevroloji xəstəlik olub, baş beynin arxa kəllə çuxuruna sığışmaması və ənsədən sanki çölə çıxmağa meyillənməsidir. Onurğa beyni ilə birləşən yerdə baş verən bu patologiyada baş beynin körpücük hissəsi öz sərhədini keçərək, onurğa beyin istiqamətinə keçir və orda sıxılır. Bu zaman onurğa beyin mayesinin dövranı pozulur, ağırlaşmalarla hidrosefaliya yaranır.
Dünyada 100.000 insanın 8-də rast gəlinir.
Çox zaman doğulan kimi təyin olunur, bu zaman körpə əməliyyat edilir.
Bəzənsə anomaliya insan böyüdükcə büruzə verir.
Səbəbləri bu günə kimi tapılmayıb. Ehtimala görə, insanın anadangəlmə ənsə kəllə çuxuru kiçik olur və beynin bir hissəsi ora sığışmır. Bu genetik amildir.
Bəzənsə çuxur normal olur, amma hansısa səbəblərdən kəllə daxili təzyiq yüksək olur və beyin çuxurdan kənara çıxır.
Ağır travma və qəzalar zamanı da bu hal baş verə bilər.
Əlamətləri:
Xəstəliyin 4 tipi var. Hər birinin öz klinik mənzərəsi olur.
Xəstəlik nevroloq, neyrocərrahın dəqiq müayinəsi olmadan təyin edilmir.
Beyin strukturlarının yerdəyişməsi və onurğa beyinə münasibətdə sıxılmasından asılı olaraq simptomlar müxtəlif olur: insan sanki marixuana çəkmiş, sərxoşlar kimi davranır, yuxulu olur, səndirləyir, harasa dəyir, əlindən tez-tez nəsə salır, fikri, gözü dumanlı olur. Ən sadə diaqnoz üçün xəstəni bir xətt üzrə gəzməyə məcbur edin, o, gəzə bilməyəcək.
Eləcə də mütəmadi baş ağrıları, ürəkbulanma, qusma, huşun itməsi, əsmə, eşitmə, iybilmə pozulması, qulaqda küy, danışıqda qüsur, udmada çətinlik və s.
Xəstə başını sağa sola qəfil çevirəndə halı pisləşir.
Müayinə və müalicə:
MRT vasitəsilə qoyulur, ilkin tipdə ağrıkəsicilər yazılır, daha sonrakı tiplərdə cərrahi əməliyyat.
Tam müalicə mümkün olmasa da, əməliyyatdan sonra həyat keyfiyyətləri artır.