Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşaq sağlamlığı üçün vacib ucuz ərzaqlar

  • 2022.09.15 14:21
  • 2393 Baxış
Uşaq sağlamlığı üçün vacib  ucuz ərzaqlar

Fermentləşdirilmiş ərzaqlar uşaqlar və zəif immunitetli insanlar üçün ən uyğun ucuz vasitədir.


"Medicina" xəbər verir ki, həkim Svetlana Pavliçenko mikrobiomu sağlamlaşdırmaq üçünn təbii prebiotikə ehtiyac olduğunu bildirib.

Duza qoyulmuş kələm, kimçi, kefir, qatıq, duzlu xiyar yaşlı insanlar və uşaqlar üçün əvəzsizdir.

Xüsusən xəstəlikdən, antibiotik müalicəsindən sonra bu qidalar qəbul edilməlidir.

Fermentli qidalar lif, vitamin, antioksidant mənbəyidir.

Maddələr mübadiləsini yaxşılaşdırır, həzm sistemini qaydaya salır.

Kələmi duzda qıcqırdand süd turşusu əmələ gəlir, burda bifidobakteriyalar çoxalır.

Onlar qurdları, zərərli bakteriyaları bağırsaqda məhv edir. Vitaminlərin sovrulmasına kömək edir.

Kimçi isə koreya üsulunda kələm tutmasıdır. Ona zəncəfil və sarımsaq da qatılır.


Bunları evdə özünüz də hazırlaya bilərsiz. Hər kəs ucun ucuz effektiv vasitədir.


Aygün Musayeva