Diyetoloq, tibb elmləri doktoru Mixail Ginzburq C vitamininin uşaqlar üçün faydalarından danışıb.
Medicina.az xəbər verir ki, “gazeta.ru”ya danışan həkimin sözlərinə görə, mikroelementlər və vitaminlərin balansı uşaq üçün xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə C vitamini dəmirin sorulmasına, kollagenin sintezinə kömək edir, immun sistemini stimullaşdırır və gücləndirir.
“Biz bilmirik ki, C vitamini ömrü uzada bilir, ya yox, yaxud xərçəngdən qoruduğunu da tam olaraq bilmirik, o, bu şəkildə işləməlidir, buna dair sübutumuz yoxdur. Amma dəqiq məlumdur ki, bu vitaminin çatışmazlığı diş ətində problemlərə gətirib çıxarır və körpələrdə böyümə geriliyinə səbəb ola bilər”, - həkim bildirib.
Vitamin C həmçinin müxtəlif biokimyəvi reaksiyalarda, o cümlədən oynaqların, sümüklərin, saçın və dərinin əsas komponentlərindən biri olan kollagenin sintezində iştirak edir. Diyetoloqun fikrincə, bu vitaminin qəbulu uşaqların düzgün inkişafı üçün lazım olan dəmirin daha yaxşı mənimsənilməsinə kömək edir.
Sağlamlığı qorumağın sadə və təhlükəsiz yolundan danışan məşhur akademik və kardiocərrah Leo Bokeria isə qeyd edib ki, ürək xəstəliklərinin qarşısını almaq və mümkün qədər uzun müddət aktiv qalmaq üçün mütəmadi olaraq hər gün 10 minə yaxın addım atmaq lazımdır. /publika.az/