Bakıda bir yaş yarımlıq körpə ölümdən son anda xilas edilib.
Medicina.Az xəbər verir ki, körpə evdə oynayarkən anidən boğulmağa, rəngi qaralmağa başlayıb. Ailəsi dərhal uşağı xəstəxanaya çatdırıb.
Belə ki, Op.Dr Fuad Hüseynov bildirib ki, uşaq xəstəxanaya çatdırılarkən artıq tükənmək üzrə olub. Onu dərhal əməliyyat otağına alıb və müayinə ediblər. Bəlli olub ki, uşağın nəfəs borusuna qələmin baş hissəsi ilişib. Buna görə də, uşaqda ciddi təngənəfəslik ,boğulma, hətta göz ətraflarında qansızma mövcud olub.
Həkimin sözlərinə görə, bronxoskopiya, yəni işıqlı alətlə körpənin nəfəs borusuna girilərək yad cisim çıxarılıb.
Bununla da, azyaşlının həyatını xilas etmək mümkün olub. Həkim hazırda uşağın vəziyyətinin yaxşı olduğunu və evə buraxıldığını deyib
Afaq Rza