Artıq valideynlərin körpələr üçün olan talk tərkibli prisipkalardan uzaq durması vaxtı yetişib. Ekspertlər prisipkanın sağlamlıq üçün zərərli məqamlarını aşkar ediblər.
Körpə uşaq doğulan kimi analar birinci olaraq uşaq prisipkası alır və bol-bol istifadə edir. Bİr çox uşaq prisipkaların tərkibində toksiki elementlər var. Araşdırmalar göstərib ki, prisipka istifadəsi zamanı körpənin nəfəs yoluna bu toksiki maddələr keçir. Bu isə müxtəlif infeksiyalara yol açır.
Qız uşaqlarının intim nahiyəsinə prisipka səpilməsi böyüdükdə ginekoloji problemlər, yumurtalıq kistası və xərçənginə kimi zəmin yarada bilər.
Bəs nə etməli? Orqanik prisipka yaratmalı. Bunun üçün qida nişastası, ən yaxşısı qarğıdalı nişastasından istifadə etməkdir.