WI-FI – müasir dünyanın gizli, səssiz qatili adlandırılır. Onu insan hiss etmir, təsirinin nəticəsi 5-6-9 ildən sonra özünü göstərir. Əslində kütləvi informasiya vasitələri, həkimlər, alimlər SOS siqnalı verərək, uşaqları, körpələri WI-FI-dən, planşet və telefondan uzaq tutmaq barədə xəbərdar edirlər. Az qala hamı elektromaqnit dalğalarının zərərini bilir, amma heç kim sağlamlığını, övladını internetə tələbatından üstün tutmağı bacarmır.
Naqilsiz WI-FI xətti WLAN adlanan elektromaqnit dalğaları yayır. Böyük Britaniyanın Sağlamlıq Agentliyi sübut edib ki, WI-FI marşrutları insan və bitkilərin boy artımını ləngidir. Yəni WI-FI olan otaqda bitkilər uzanmır. Bundan əlavə aşağıdakı təsirlər baş verir:
•Qulaqlarda ağrı, küy
•Xroniki yorğunluq, halsızlıq
•Diqqət və yaddaş pozğunluğu
•Baş ağrıları
•Yuxu pozğunluğu
•Gözlərdə zəiflik
Xüsusən kiçik yaşlı uşaqların beyin sümük toxuması hələ zəif olduğundan dalğalar daha tez və asan nüfuz edərək, dəyişikliklər yaradır. Mütəxəssislər uşaq olan evdə WI-FI olmasını yolverilməız hesab edir. Artıq Yaponiya və Avropada bir sıra uşaq bağçası, məktəblərdə WI-FI quraşdırılması qadağan olunub.
Əgər tamam yığışdırmaq mümkün deyilsə, ən azı qoruyucu tədbirlər görün:
-Yatmazdan əvvəl WI-FI mütləq söndürün
-WI-FI lazım olmadıqda söndürün
-Mətbəx və yataq otağında WI-FI quraşdırmayın
-Uşaq yatan zaman WI-FI söndürün
-Mümkün olduğu qədər kabelli internetdən istifadə edin