10 yaşlı Çao Syuani sümük iliyi kök hüceyrələrini anasına verib.
"Medicina" xəbər verir ki, Çində anası leykemiya olan uşaq onun müalicəsində qəhrəmanlıq göstərib.
Bütün ailə üzvlərinin qan analizi göstərib ki, ailədə yalnız Syuaninin qanı donor kimi uyğundur.
6 ay ərzində əməliyyata hazırlaşan uşaq 30-a yaxın müxtəlif analizlər verib.
Eləcə də sümük iliyinin toxuma uyğunluğu yoxlanılıb.
Əməliyyatdan öncə uşağa çox ağır 7 iynə vurulub.
10 gün öncə transplantasiya günü uşaq sevincindən ağrı belə hiss etməyib. "Nəhayət ki, mən anamı xilas edə biləcəyəm".
Əməliyyat ilk mərhələdə uğurlu alınıb.
Aygün Musayeva