Yuliya Maxyutinanın yazdığı bu kitab, həqiqətən, sehrli bir kitabdır. Burada uşağınızın dünyaya gəldiyi ilk gündən bir yaşına qədər ona qulluqla əlaqədar olan ən vacib şeyləri biləcəksiniz. Çətin vəziyyətlərdə özünüzü itirməməyi öyrənəcək, körpənizi isə sağlam və xoşbəxt görəcəksiniz. Siz yeni doğulmuş körpənin hansı xüsusiyyətlərə malik olduğunu, geniş yayılmış uşaq xəstəlikləri zamanı körpənizə ilkin yardım göstərməyi öyrənəcəksiniz. Kitabın məqsədi azyaşlı körpəsi olan valideynləri maarifləndirməkdir.
Kitabı əldə etmək üçün
Qanun Nəşriyyatı və redaksiyamızla
əlaqə saxlaya bilərsiniz. Bizdə kitabların çatdırılması xidməti də göstərilir.