Əgər uşağın burnu axırsa, çətinliklə nəfəs alırsa, yemək yemirsə və əzgindirsə, o zaman onun tezliklə müalicəsinə başlamaq məsləhətdir.
Lakin elə olur ki, körpənin müalicə edilməsinə onun davamlı burnu axır. Bu o deməkdir ki, onun müalicəsi düzgün aparılmır və bir sıra səhvlərə yol verilir.
Medicina.az sizə uşaqların müalicəsi zamanı yol verilən səhvləri təqdim edir:
1. Zökəmin səbəbləri tam aşkarlanmayıb
Əgər uşağın burnunun hansı səbəbdən tutulduğunu bilmirsinizsə, onda düzgün müalicə aparmaq çətindir. Səbəblər aşağıdakılar ola bilər:
• Soyuqdəymə, məsələn əgər uşaq soyuq havada çox gəzibsə burun boşluğuna soyuq ola bilər.
• Virus infeksiyası
• Adenoidlər
• Polip
• Burun boşluğunda olan yad cisim
• Allergik reaksiya
2. Uşağın burun boşluğu düzgün yuyulmur
Əgər uşağın burnu mütəmadi olaraq duzlu məhlulla yuyulmazsa, o zaman burun seliyi öz müdafiə xüsusiyyətini itirərək bakteriyaların çoxalması üçün şərait yaradacaq.
Duzlu məhlulu aptekdən almaq və evdə hazırlamaq olar: 1 ç/q xörək duzunu 1 litr qaynar suda həll edin. Soyudaraq gündə 3-5 dəfə bu məhlulla uşağın burnunu yuyun.
3. Uşaq düzgün fınxırmır
Uşaq burnunda olan selikdən düzgün bir şəkildə azad olmalıdır. Fınxıran zaman uşağın ağzı açıq olmalıdır. Əks təqdirdə yığıntı burunda qalaraq infeksiyalaşa bilər.
4. Uşaq lazımı qədər su içmir
Əgər uşaq az maye qəbul edərsə, bu zaman onun burnunda olan selik quruyar və infeksiyalarla mübarizə apara bilməz. Buna görə də uşağa bol maye içirin.
5. Uşaq otağında lazımı mikroklimat yaradılmayıb
Uşaq otağının havası sərin olmalıdır. Belə ki, otağın hərarəti 18-22 dərəcədən yüksək olmamalıdır. Yaxşı olar ki, otaqda su ilə dolu bir qab və ya yaş dəsmal saxlayasınız. Bu otağın havasının nəmlənməsinə səbəb olacaq. Otağın havasını tez-tez dəyişin.
6. Burun damcıları düzgün seçilməyib
Bir növ burun damcısından 3 gündən artıq istifadə etməyin. Bu asılılıq yaradır və effekt vermir.
7. Uçaq gecələr düzgün yatmır
Zökəm zamanı uşağın burnu tutulduğunda və nəfəs alması çətinləşdikdə onu üfiqi vəziyyətdə saxlayın. Yaxşı olardı ki, yastığını 40-45 dərəcəli bucaq altında düzəldəsiniz.
Arzu
Medicina.az