Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağınızdakı bu simptomlara DİQQƏT EDİN - ÖLÜMLƏ NƏTİCƏLƏNƏ BİLƏR

  • 2018.07.09 14:06
  • 16518 Baxış
Uşağınızdakı bu simptomlara DİQQƏT EDİN -  ÖLÜMLƏ NƏTİCƏLƏNƏ BİLƏR
Şəkərli diabet dünyada uşaqlar arasında yayılan xroniki xəstəliklər içərisində ikinci yerdədir. 


Medicina.az xəbər verir ki, uşaqlarda qanda şəkərin artması böyüklərdən daha çox problem yaradır. Çünki qlükoza mübadiləsi pozulan uşaqlar yaşıdları arasında özünə uyğun yer tutmaqda çətinlik çəkir, psixoloji çətinliklər yaşayırlar. Uşaq şəkərli diabetdirsə, onun yükünü bütün ailə, hətta nənə-baba da çəkməlidir. 


Şəkərli diabet xəstəsi olan uşaqların müalicəsində əsas hədəf onun normal inkişafını təmin etmək, istənilən kollektivə uyğunlaşmasına yardım etmək, özünü yaşıdlarından geridə hiss etdirməməkdir. 


Uşaqlarda diabetin əsas simptomları: 


-Körpə və uşaqlarda şəkərli diabet çox sürətlə, demək olar, 2 həftə ərzində inkişaf edir. 


-Çox su içmək, tez-tez susama


-Sidiyə tez-tez getmək


-Gecələr yerini islatmaq


-Həddən artıq sürətlə arıqlama - xüsusən bədənin cılızlaşması, kəllənin böyük görünməsi


-Əzginlik, yorğunluq, oyuna, gəzməyə həvəsin olmaması


-Daimi aclıq – doymamaq


-Görmədə zəiflik


-Göbələk infeksiyaları - ürəkbulanma, diareya, qarında ağrı, ağızdan aseton qoxusu.

 



Əgər bu hallara diqqət yetirilməsə və valideyn şəkərdən şübhələnməsə, diabetik ketoasidoz inkişaf edə bilər ki, bu da xəstənin huşunun itməsinə və yardım göstərilməzsə, ölümünə səbəb olur. Təəssüf ki, azyaşlı uşaqlar əksər hallarda elə diabetik ketoasidoz səbəbindən reanimasiyaya yerləşdirilir. 


Valideyn uşaqda olan simptomlara görə qan analizi verməli, qanda və sidikdə şəkəri yoxlatmalıdır. 


Uşaqlarda diabet ağır xəstəlikdir, amma faciə deyil. Onun ağırlaşmasının qarşısını alıb, uşağa belə hiss etdirmədən, normal həyat tərzi sürməsini təmin etmək olar. 


Uşaqlarda diabetin səbəbi:


İmmun pozğunluğu. İmmun sistemi qalxanabənzər vəzinin beta hüceyrələrinə hücum edib, onları məhv edir. Yəni lazımlı hüceyrəni tanımır. 


Həmçinin genetik ötürülmə də yüksək faiz təşkil edir. 


Bəzən ağır formalı infeksiyalardan sonra da diabet yarana bilər. 


Aygün MUSAYEVA

MEDİCİNA.AZ

Uşağınızdakı bu simptomlara DİQQƏT EDİN -  ÖLÜMLƏ NƏTİCƏLƏNƏ BİLƏR