Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Valideynlərin “indi belə edirsə, gör gələcəkdə nə olar!?” qorxusu Uşağınız niyə aqressivdir?

  • 2017.11.22 13:26
  • 22009 Baxış
- Valideynlərin “indi belə edirsə, gör gələcəkdə nə olar!?” qorxusu  Uşağınız niyə aqressivdir?
Uşaqlar bəzən ananın istəmədiyi və düzgün olmayan hərəkətlər edir, səhvini  anlasa belə buna əks reaksiya göstərərək çox əsəbi olur. Bəzən isə istədikləri hər şeyi etməyə çalışırlar və valideynləri buna qarşı çıxdıqda onlar daha da aqressivləşirlər.


Medicina.az xəbər verir ki, uzman-pediatr Altay Abdullaoğlunun sözlərinə görə, adətən 2 yaşındakı uşaqlar belə sərt reaksiya verirlər.


Abdullaoğlu bu zaman validyenlərin üzərinə düşən öhdəçiliklərdən danışıb:


"Onlarla inadlaşmayın. Bu vəziyyətə qalib və yaxud məğlub olacağınız müharibə kimi baxmayın. 


 Diqqətini və marağını başqa istiqamətə çevirməyə çalışın. 


 Onunla mübahisə etməyin, səbrlə əsəbinin keçməsini gözləyin. Bu müddətdə ona qarşı laqeyd olun. 


 Uyğunsuz davranışları bitdikdən sonra yenidən maraqlanın. Niyə onun istədiyini etmədiyiniz barədə danışın”. 

 

Pediatr valideynlərin bəzən gələcək qorxusunun uşaqlar üzərində unudulmaz izlər buraxdığını bildirib. 


"İndi belə olsa, gör gələcəkdə nə olar!” qorxusuyla 2 yaşlı övladınızı cəzalandırmayın. Unutmayın ki, bu yaşda duyğular çox dəyişkəndir. Anidən ağladıqları kimi bir anda da susa bilərlər. Bu yaş dövründə körpənin diqqətini başqa istiqamətə yönləndirmək asandır”, - deyə Altay Abdullaoğlu qeyd edib.