Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağınız gecə yerini isladırsa... - Cəzalandırmayın, həkimə aparın

  • 2019.01.26 13:00
  • 9102 Baxış
Uşağınız gecə yerini isladırsa... -  Cəzalandırmayın, həkimə aparın

Enurez xəstəliyi kimi tanınan uşaqlarda gecə sidik qaçırmaları çox yayılan bir sağlamlıq problemidir. Lakin bəzi valideynlər bunu sağlamlıqla deyil uşağın tənbəlliyi ilə əlaqələndirirlər. 


Medicina.az bildirir ki, həkimlər uşaqların gecə yataqlarını islatmasının düşünüldüyü qədər də sadə məsələ olmadığını qeyd edirlər. Bu, əslində, bir xəstəlikdir. Valideynlər bu məsələni ciddiyə almalıdır. Əsla övladınızı günahlandırmayın və cəzalandırmayın. Nəticədə uşağın psixi vəziyyəti daha da pisləşə bilər. Buna görə də övladınızı mütləq müayinə etdirin. 


Enurez haqda bəzi məlumatları təqdim edirik: 


Həkimlər gecə sidik qaçırması yaşayan uşaqların yalnız 5 yaşından sonra müalicə edilməsini məsləhət görürlər. Bu problem hər 100 uşaqdan 15-də rast gəlinir. Əgər 5 yaşlı bir uşaq ay ərzində 2 dəfdən çox yatağını isladırsa, onda uşağı müalicə etdirmək vacibdir. 

 

Enurez sağalan xəstəlikdir. Aparılan araşdırmada yatağını isladan bəzi uşaqlarda gecə toplanan sidiyin həddən artıq çox olduğu, bəzilərində sidik kisəsinin işində problemlər yarandığı məlum olub. Bir çox hallarda isə enurezin səbəbi yuxudan oyana bilməməklə əlaqədardır. 


Arzu

Medicina.az