Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağın üstünə qaynar su tökülərsə... - YANIĞA DİŞ MƏCUNU ÇƏKMƏYİN!

  • 2017.10.25 12:50
  • 17616 Baxış
Uşağın üstünə qaynar su tökülərsə... -  YANIĞA DİŞ MƏCUNU ÇƏKMƏYİN!
Azərbaycanda  son zamanlar uşaqların üstünə qaynar su tökülmə halları artıb. Təəssüf ki, belə hadisələrin əksəriyyəti də ölümlə nəticələnir. 


İlkin müdaxilənin ya edilməməsi, ya da yanlış edilməsi isə sağ qalma hallarında uşaqların bədənində dərin izlər buraxır. 


Bəs azyaşlının üzərinə qaynar su töküldükdə ilkin müdaxilə necə edilməlidir?

 



Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən pediatr Günay Rəsulova bildirib ki, ilk növbədə yanmış nahiyəni ilıq və sərin su ilə yumaq lazımdır: "Təcili yardım gələnə qədər isə uşağa su vannası etdirmək lazımdır. Çünki su vannası uşaqda ağrını kəsir və yanığın dərinləşməsinin qarşısını alır”.  


Pediatr yanıq hallarında valideynlərin etdiyi yanlışlardan da danışıb: "Çox zaman yanıq hissəyə diş məcunu, tomat çəkirlər. Bu qətiyyən yolverilməzdir. Bunlar uşağın ağrı şokuna girməsinə və ya yaranın daha da dərinləşməsinə  səbəb ola bilər”.

 

Şəhanə Quliyeva
Uşağın üstünə qaynar su tökülərsə... -  YANIĞA DİŞ MƏCUNU ÇƏKMƏYİN!