Gündəlik həyatımızın bir parçasına çevrilən şampunlar, kremlər, makiyaj vasitələri sağlamlığımız üçün ciddi təhlükə mənbəyinə çevrilib. Mütəxəssislər apardıqları araşdırmalar zaman şok edici bir gerçəyi ortaya çıxarıblar.
Medicina.az ailem.az-a istinadən xəbər verir ki, a
raşdırmanın nəticəsinə görə, hər gün istifadə etdiyimiz bu kosmetik vasitələrin tərkibindəki zərərli kimyəvi maddələr inanılmaz şəkildə sağlamlığımıza ziyan verir.
Bildirilir ki, tüklü dəri, qoltuq altı kimi keçiriciliyi yüksək olan yerlərə vurduğumuz saça qulluq vasitələridən, dezodarantlardan çox istifadə etdikdə tərkibindəki kimyəvi maddələr qaraciyər, böyrək və yağ təbəqəsində yığılıb qalır.
Aparılan araşdırmalar zamanı uşağın göbək ciyəsində belə, 17-dən çox zərərli kimyəvi maddə tapılıb. Bu isə onu göstərir ki, uşaqlar hələ ana bətnində ikən kimyəvi maddələrə məruz qalır.
Şampunlar, saç kremləri və düzləşdiricilərin hamiləlik dönəmində istifadəsi irəliləyən zamanlarda uşaqlarda lenfoproliferatif xəstəliklərin inkişafına zəmin hazırlayır. Bu vasitələr qadınlarda döş xərçənginə, kişilərdə isə sonsuzluğa səbəb olur.
Mütəxəssislər kosmetik məhsulların tərkibində olan, dərman və qidada antimikrobial məqsədlə istifadə olunan parabenlərin estrogen reseptorlarına bağlı olaraq estrogenik təsir göstərdiyini və döş xərçənginin yaranmasında rol oynadığını düşündüklərini bildiriblər. Bu kimyəvi maddələr isə adətən nəm salfet, krem, dodaq boyası, şampun kimi vasitələrin tərkibində olur.