Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağın eşitmə qabiliyyətini vaxtında yoxlamasanız... - Valideynlər, diqqət

  • 2018.11.10 21:55
  • 9500 Baxış
Uşağın eşitmə qabiliyyətini vaxtında yoxlamasanız... -  Valideynlər, diqqət

Hamiləlikdə, doğuşda və doğuşdan sonra yaşana biləcək problemlər körpələrdə karlığa səbəb olur.



Yeni doğulan körpələrdə də karlıq problemi yaşana bilər. Bəs səbəbləri nədir?

 

Medicina.az Milli.az-a istinadən həmin səbəbləri təqdim edir:



Ana-ata arasındakı qohumluq



Ananın hamilə ikən qızılca və bənzər xəstəliklər keçirməsi



Hamilə ikən istifadə edilən bəzi dərmanlar



Doğuş zamanı körpənin oksigensiz qalması



Yenidoğulan körpələrdə sarılıq



Qızdırmalı xəstəliklər



Körpəyə verilən fərqli dərmanlar



Yenidoğulan körpələrdə eşitmə müayinələri aparıldıqda problem dərhal həll edilərsə, aradan qalxa bilər. 1 yaşdan sonra müəyyən edildikdə isə istənilən uğuru əldə etmək çətin olur. 



Eşitmə itkisi əsasən orta qulaq infeksiyalarına bağlı olaraq ortaya çıxır. 1 yaşındakı eşitmə itkisi öyrənmə və danışma geriliyinə səbəb olur, ona görə də bu uşaqların çoxu zəka problemi varmış kimi dəyərləndirilirlər. Əsasən ana və müəllimənin diqqəti ilə fərq edilən problem əməliyyat, ya da eşitmə aparatı ilə aradan qaldırılır.



Daha irəli yaşlarda görülən eşitmə itkisi isə genetik amillər, uzun müddət gurultuya məruz qalmaq, şəkər, ürək damar xəstəliyi kimi səbəblərdən dolayı yaşanır. Yaşlılarda eşitmənin müalicəsi aparılmazsa, unutqanlıq artır.