Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağın burnu tez-tez qanayırsa- Damarı yandırılmalıdır?

  • 2019.03.02 16:45
  • 3431 Baxış
Uşağın burnu tez-tez qanayırsa-  Damarı yandırılmalıdır?

Bəzən uşaqların burnu heç bir zədə olmadan qanamağa başlayır. Bu isə valideynlərdə narahatlığa səbəb olur. Onlar düşünürlər ki, yəqin uşaqda hansısa ciddi problem var. Bəs uşaqlarda burun qanaması nədən yaranır? Hansı hallarda burun qanaması təhlükəli hal ola bilər?

 

Medicina.az xəbər verir ki, burun qanamaları qorxulu görünə bilər, amma ümumi götürdükdə bu hal çox təhlükəli deyil.

Qış aylarında evlər və mənzillərdə istilik sistemi və radiatorların təsirindən həddən artıq qutu havanın olması burunda quruma, qabığa səbəb olur. Damarlar quruyur və uşaq burnunun içinə toxunan kimi o qurumuş, qabıqlanmış selikli qişa qoparaq qanayır.  


Kapilyarlar selikli qişaya çox yaxın yerləşdiyi üçün xırda zədələrdə belə, burun qanamaları mümkündür. Başqa bir səbəb isə burunda adenoid, yəni artıq ətin olmasıdır. 

 

Kapilyar qanaxmalar təhlükəli deyil. Bu halda heç bir müdaxilə etməsən belə, qanaxma özü dayanır.

 

Lakin daha ciddi qanaxmalar olur ki, bu, arterial qanaxmalardır. Arterial qanaxmalar  uşaqların hansısa qan xəstəliyi ilə bağlı yaranır. Bu, çox ciddi müdaxilə tələb edən bir haldır və uşaq mütləq həkimə çatdırılmalıdır. Kapilyar partlamaları təkrar-təkrar baş verirsə, lor həkimi həmin damarı yandırır və problem həll olunur. Amma dediyim kimi, arterial qanaxmalarda daha ciddi müdaxilə lazımdır. Bundan əlavə əgər burun qanamalarını dayandıra bilməsəniz, uşağınızın burnunda qırıq burun sümüyü varsa, çox qan itirirsə, uşaq xəstə və zəif görünürsə, nəfəs almaqda çətinlik çəkirsə, onun bədəninin başqa yerlərində, məsələn, damağında, sidiyində, nəcisində qanama görürsünüzsə, dərhal həkimə müraciət edin.


Burunun içinin qurumaması üçüngündə bir neçə dəfə, xüsusilə də yatmazdan qabaq burun dəliklərinin içinə vazelin kimi nəmləndirici vasitələr sürtün