Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağın başı böyükdürsə... - Hər yekə baş xəstəlik əlaməti deyilmiş...

  • 2017.12.12 11:59
  • 200156 Baxış
Uşağın başı böyükdürsə... -  Hər yekə baş xəstəlik əlaməti deyilmiş...
Bəzən uşaqların başı normadan artıq, yəni yaşına uyğun olmayan dərəcədə böyük olur.

 

Bəs başın böyük olmağı nə deməkdir?


Medicina.az xəbər verir ki, hidrosefaliya (yunan. "hidro" - su, "sefalon" - baş) zamanı beyinin mədəciklərinin ölçüləri artır. Bunun səbəbi beyində likvorun həcminin artmasıdır.


Likvor beyinin mədəciklərində hazırlanan və beyinin normal fəaliyyəti üçün çox vacib olan xüsusi şəffaf suya oxşayan mayedir. Bu maye burada daim hazırlanır və daim da geri sovrulur. Likvorun geri sovrulması prosesində müxtəlif səbəblərə görə pozulmalar baş verə bilər ki, nəticədə likvor beyinin mədəciklərində yığılmağa başlayır. Bunun nəticəsində isə uşaqda kəllə daxili təzyiq artır.


Körpə uşaqlarda hidrosefaliyanın simptomları nədir?


- Baş çevrəsinin ölçüsünün sürətlə artması. Kəllə sümüklərinin tikişləri körpələrdə açıq olur ki, nəticədə patoloji sürətlə böyüyən beyin bu tikişləri sanki "aralayır". Körpə uşaqlar hər bir-iki aydan bir profilaktik müayinələrdən keçirilir və bu zaman onların boyu və çəkisi ilə yanaşı başın çevrəsi də ölçülür. Hidrosefaliyaya şübhə yarandıqda pediatr uşağı əlavə müayinələrə göndərməlidir.


- Böyük əmgək böyüyür, qabarıq və gərgin olur. Orta hesabla böyük əmgək təxminən uşağın 1 yaşına kimi bağlanmalıdır. Lakin hidrosefaliyası olan uşaqlarda əmgək hətta 3 yaşına kimi açıq ola bilər.


- Kəllə sümükləri nazilir, alın hissəsi qeyri-proporsional və qabarıq olur. Uşağın alnında və üzündə damar toru əmələ gəlir.


- Uşağın psixo-motor inkişafı ləngiyir - uşaq öz vaxtında başını düz tutmur, oturmur, yerimir, çox passiv olur (oyuncaqlarla oynamır və s.). Uşaq tez-tez "səbəbsiz" ağlayır (həkimlərin fikirinə görə, baş ağrılarından), uşaqda qıcolma tutmaları ola bilər.


Təbii ki, bu simptomların bir çox hissəsi xəstəliyin erkən deyil daha gecikmiş  mərhələlərində inkişaf edir. Ağırlaşmış fəsadlaşmış xəstəlik müalicəyə çətinliklə tabe olunur. Bu səbəbdən hidrosefaliyaya ilk şübhə yarandıqda valideynlər tez bir zamanda uşağı daha dərin müayinə etdirməlidirlər.

Hidrosefaliyanın inkişaf etmə səbəbləri müxtəlifdir:


- Bətndaxili infeksiyalar (sitomeqalovirus, herpes, toksoplazmoz). Bu ən tez-tez təsadüf edilən səbəbdir. Bu səbəbdən hamiləliyi planlaşdıran qadın hamiləlikdən əvvəl bütün lazım olan müayinələrdən (o cümlədən, infeksiya müayinəsindən) keçməli və lazım olduqda müalicə almalıdır.


- Beyindaxili qansızmalarla müşayiət olunan doğuş travmaları. Belə travmaların təhlükəsi xüsusən vaxtdan tez doğulmuş uşaqlarda böyükdür.


- Beyin və onurğa beyini şişləri, meninqit və ensefalit xəstəliklərin fəsadı, müxtəlif infeksion xəstəliklər (məsələn, vərəm), kəllə-beyin travmaları, genetik pozulmalar. Bəzi hallarda hidrosefaliyanın inkişaf etmə səbəbini təyin etmək mümkün olmur.


Hidrosefaliyanın diaqnozunu dəqiqləşdirmək üçün neyrosonoqrafiya (NSQ), kompüter və maqnit-rezonanslı tomoqrafiya (MRT) müayinələrindən istifadə olunur. Lakin onu da nəzərinizə çatdıraq ki, neyrosonoqrafiya dəqiq müayinə üsulu sayılmır. Neyrosonoqrafiya vasitəsilə hidrosefaliyanın ilkin diaqnozu qoyula bilər. Daha sonra diaqnozu dəqiqləşdirmək üçün uşaq KT və ya MRT müayinələrinə göndərilir.


KT rentgen şüalanmaya əsaslanır. MRT zamanı isə rentgen şüaları istifadə olunmur və bu səbəbdən bu üsul daha təhlükəsiz sayılır. MRT hidrosefaliyanın diaqnostikasında "qızıl standart" sayılır.


Ancaq hər baş böyüklüyü də xəstəlik hesab edilmir.

 



Medicina.az xəbər verir ki, nevroloq Aynur Zeynalovanın sözlərinə görə, başın böyük olmağı genetik də ola bilər ki, bu zaman müalicəyə ehtiyac duyulmur:

"1.4 yaşlı körpəni müayinə etdim. Körpəyə "Hidrosefaliya” diaqnozu qoyularaq müalicələr edilib. Sonra anası uşagın baş beynini MRT etdirib, nəticə isə normal çıxıb. Uşağın boyu, çəkisi yaşıdlarından böyükdür, başı isə makrosefaldır (böyükdür), uşaqda psixomotor ləngimə yoxdur. Daha sonra məlum oldu ki, atanın da başı böyükdür. Hər böyük olan baş hidrosefaliya var demek deyil”.


Həkim həmçinin hidrosefaliyanin dərman mualicəsinin olmadığını vurğulayb: "Boş yerə aparılan mualicələr faydasız və mənasızdır”.
Uşağın başı böyükdürsə... -  Hər yekə baş xəstəlik əlaməti deyilmiş...