Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağın adi və ya donuz qripinə tutulduğunu necə bilməli? - Müalicə və yardım

  • 2018.12.21 16:31
  • 16068 Baxış
Uşağın adi və ya donuz qripinə tutulduğunu necə bilməli? -  Müalicə və yardım

Bu qış mövsümündə Dünya Səhiyyə ekspertləri A H1N1 ştamplı donuz qripi deyilən qrip növünün alışacağını proqnozlaşdırır. Özü də bu dəfə aycıra yox, bir və ya iki digər ştamlı qriplə birgə qoşulub gələcək. Belə qripi isə fərqləndirmək ikiqat çətin olacaq. 

Xəstəliyin yayılmasının pik dövrü yanvar-fevral ayına təsadüf edir. 


Donuz qripi ötən illər yayılan quş qripi ilə müqayisədə daha az virulentlidir, yəni çox hallarda fəsadsız müalicə oluna bilir. 


Artıq bir neçə ildir dalğa kimi gəlib gedən donuz qripi mutasiyaya uğrayıb, antibiotiklərə dayanıqlıdır. Ona görə ona adi qrip kimi yanaşıb, yüngül ev içində müalicə ilə yola vermək olmaz.


Medicina.az donuz qripi ştammının uşaqlar, xüsusən körpələr üçün ağır olduğunu nəzərə alıb uşaqları donuz qripindən müalicə etmək üçün məsləhətləri təqdim edir.


Donuz qripi necə yaranır?


Virus burundan orqanizmə düşür, selikli qişa ilə hüceyrələrə yayılır və orda çoxalır. Ordan da bronxlara, ağciyərlərə keçir. Bəs nəyə görə uşaqlar, körpələr daha həssasdır və ağır xəstələnir? Çünki uşaqların yuxarı tənəffüs yollarının selikli qişasının mikrobiosenozu hələ tam, möhkəm inkişaf etməmiş olur. Ona görə virus asanlıqla baryeri aşır və hətta çox ağır nəticələrə- pnevmoniyaya gətirib çıxarır. 


Daha bir səbəb uşaq immunitetinin özəlliyi ilə bağlıdır: körpələrdə immunoqlobulin A kifayət qədər sintez olunmur. Hüceyrə immuniteti 7 yaşa kimi zəif inkişaf etmiş olur. Ona görə uşaqlar qrip ştamlarına 3 -10 yaş arası daha tez  yoluxur. 


Uşaqlarda donuz qripinin əlamətləri:


Digər qrip növləri kimi oxşardır: baş ağrısı, bədəndə ağrı, süstlük, oynaqlarda, sümüklərdə sınma hissi, yüksək hərarət, titrətmə, tənəffüsün çətinləşməsi. Bu qriplərin bir fərqi var: A tip virus daha patogendir, yəni daha uzun müddət çəkir və ağırlaşmaları səngimir, sanki bir-birini növbələyir. Bilin ki, xüsusi analizlər olmadan bu virus infeksiyasını təyin etmək mümkün deyil. Adətən sahə həkimləri elə Qrip diaqnozu qoyurlar. 

 


Əsas müalicə:


Hərarət yalnız 39-u keçdikdə salınmalıdır. Və əgər 38-39 dərəcə 2 saatdan artıq davam edirsə, hərarət salıcı vermək olar. Ən məşhur dərman olan parasetamol 3 saat təsir edir. 


İbuprofen 5-6 saat effekt versə də, yan təsirləri çoxdur: ürək bulanma, qaytarma, qarında ağrı və s. Ona görə bu dərmanı elə hər uşağa vermək düzgün deyil. 


Donuz qripinə qarşı agentlər 38 dərəcə temperaturdan yuxarıda yaranır və virusu zərərsizləşdirməyə başlayır. Valideyn səbirli olub, orqanizmə özü mübarizə aparmağa imkan yaratmalıdır. Bu mübarizədə köməyinizə virus əleyhinə müasir preparatlar gələ bilər ki, o da pediatr tərəfindən təyin olunmalıdır.

Əgər ağırlaşma kimi öskürək də varsa bol maye və kompreslər edə bilərsiz. Yalnız quru öskürək olduqda, xüsusi öskürəkəleyhinə dərmanlar verə bilərsiz. Bəlğəmli, yaş öslürəkdə dərman vermək olmaz, mikrob qalıqları özü bəlğəmlə xaric olmalıdır. 


Burun tutulması və axıntıya qarşı damcı və spreylər, xüsusən hormonal olanları uşaqlara olmaz. Burunu yalnız dəniz suyu ilə yuyun. 


Antibiotik lazımdırmı?


Antibiotik bakterial infeksiya zamanı təyin olunur: otit, pnevmoniya, angina. Bilin ki, antibiotiklər pis bakteriyalar kimi, yaxşıları da öldürür. Əgər qripə bakterial infeksiya da qoşulubsa, onu həkim müəyyən edib, o zaman yüngül dozada antibiotik yaza bilər.

 



Uşaqlarınızın qrip, bakterial və virus infeksiyalarından düzgün müayinə, antibiotiksiz, bioloji təbabət metodikası və preparatları ilə müalicəsi üçün Bioloji təbabət klinikasının məşhur pediatr həkimi Fidan Əlirzayevanın qəbuluna yazıla bilərsiz.


Uşaqlar adətən həkimə getməyi sevmirlər, lakin Fidan həkimin müayinəsinə gələrkən bütün balaca pasiyentlərimiz çox sevincli olurlar.


Həkim qəbuluna yazılmaq üçün

 (+99450) 399 68 45


Uşağın adi və ya donuz qripinə tutulduğunu necə bilməli? -  Müalicə və yardım
Uşağın adi və ya donuz qripinə tutulduğunu necə bilməli? -  Müalicə və yardım
Uşağın adi və ya donuz qripinə tutulduğunu necə bilməli? -  Müalicə və yardım