Uşaqlarda ən çox rastlanılan problemlərdən biri də allergiyadır.
Medicina.az xəbər verir ki, türkiyəli həkim Timur Batmaz bununla bağlı məsləhətlər verib:
“Valideynlərdə allergik rinit varlığı uşaqlar üçün risk faktorudur. Bununla bərabər, gənc yaşda ana olmaq, çox hamiləlik, düşük doğum ağırlığı və inkişaf geriliyi kimi faktorlar da allergik rinitin yaranmasına təsirlidir. Erkən yaşlarda ekzema varlığı da allergik rinit baxımından risk faktorudur.
Uşağınızda xüsusən səhər oyandığı zaman asqırma, gözlərdə yaşarma, sulu burun axıntısı kimi şikayətlər varsa bu ev tozu allergiyasına işarə edir. Eyni şikayətlərin ilin müəyyən zamanlarında ortaya çıxması da mövsümi bir allergik rinit ola bilər”.