Uşağınız tez-tez əsəbləşir? Onu ram etməkdə çətinlik çəkirsiniz? –psixolqdan həyəcan siqnalı
Azyaşlı uşaqlarla məşğul olmaq valideynlərdən xüsusi zəhmət tələb edir. Onların qayğısına qalmaq səbr və əzm istəyir. Əsasən, 3-6 yaş arasındakı balacaların psixologiyası olduqca anlaşılmaz olur.
Mövzu ilə bağlı psixoloq Vəfa Əkbər Medicina.az-a bildirib ki, uşağın davranışından, yanaşmasından, hətta verdiyi suallardan belə, onun probleminin olub-olmadığını bilmək mümkündür: "İstənilən halda, evdə patologiya olanda, bir balaca tərpəniş olanda valideyinlər bunu hiss edirlər. Uşağın öz yaşına uyğun olmayan davranışları, maraqlarıından şübhələnə bilərsiniz. Uşaqda müəyyən bir yaşa kimi inkişaf normal gedib, sonra ləngimə ola bilər, yaxud həmin yaşda donub qalmalar da həyəcan siqnalıdır”.
Bəzən balacalar nəyə əsəbləşdikləri, nəyə sevindikləri, ya da nəyə təəssüfləndiklərini büruzə vermirlər. Psixoloq Vəfa Əkbərin sözlərinə görə, valideyin fikir verməlidir ki, uşaqda yeni meyillilik, nəyisə öyrənmək cəhdləri varmı, nəyisə təcrübədən keçirirmi: "Bunlar əvvəl olduğu kimi qalırsa, bu, artıq böyük təhlükə siqnalıdır. Mütləq peşəkara müraciət etmək lazımdır. 3 yaşdan yuxarı uşaqları psixoloqa aparmaq olar. Bu zaman yaşa uyğun inkişafıın gedişatını bilmək olar. Uşaqlarla mütəmadi məşğul olmursa təbii ki, müəyyən ləngimələr olacaq”.
Körpələrin ruhi tarazlığının pozulduğunu daha erkən necə bilmək olar?
Həkim suala cavabında deyir ki, bəzi uşaqlar vəziyyətə dərhal reaksiya verir: "Bəzi hallarda isə bu proses 2-3 aydan sonra ortaya çıxmağa başlayır. Bu vəziyyət "post travmatik stress pozğunluğu" ilə nəticələnə bilir. Bəzi uşaqlar altı ay içərisində normal həyatına qayıdarkən, bəziləri bu vəziyyəti daha uzun yaşayır. Azyaşlılar, ruh sağlamlığını mənfi təsir edən bir şey yaşayırlarsa, fərqli davranışlar nümayiş etdirməyə başlayırlar. Məsələn, çox ünsiyyətcil bir uşaq sakitləşir, yuxu, davranış və üz ifadələrində fərqlər olur. Yuxusuzluq, depressiya, həyəcan, qorxu, qəzəb, narazılıq kimi əlamətlər görünür. Nitq qüsurları yaranır, danışmaq üçün bir obyekt seçib, ondan başqa heç kəslə danışmayanlar, danışmayıb heyvani səslər çıxaran uşaqlar da olur”.