Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağınızda bu əlamətləri gördünüzsə təcili həkimə çatdırın

  • 2021.11.04 18:52
  • 2898 Baxış
Uşağınızda bu əlamətləri gördünüzsə  təcili həkimə çatdırın

Uşaqlarda artrit kimi ciddi xəstəlik ola bilər. Qəribə səslənsə də oynaqlar uşaq yaşlarından başlaya bilir.
Medicina.az xəbər verir ki, 16 yaşa kimi uşaqlarda yuvenil artrit daha çox rast gəlinir.

Çox zaman revmatoid artrit kimi əlamətlər verir.

Əgər uşaqda belə əlamətlər varsa, mütləq uşağı revmatoloqa müayinəyə aparın. Müalicə olunmadıqda, əlilliklə nəticələnə bilər.

- Əgər işaqda bilək, çiyin, diz oynaqlarında ağrı varsa. Adətən hər iki oynaq ağrıyır
- Yerişin dəyişməsi
- Bir qədər gəzəndən sonra yorulma, ayaqların ağrıması
- Oynaqlarda şişkinlik varsa
- Diz oynaqlarında xırçıltı, səs
- Oynaq nahiyələrində rəngin dəyişməsi
- Bədənin temperaturunun səbəbsiz tez –tez yüksəlib enməsi
- Bəzən ürək ritmi dəyişir, tənəffüsdə problemlər yaranır, qarın ağrıyır, öskürək olur. Gözlərdə də problem bu xəstəliyə işarət ola bilər.

Bütün bu əlamətlər tədricən yaranıb 1 il davam edir.

Əgər bu əlamətlərdən ən azı 3-ü uşaqda varsa, revmatoloq müayinəsinə tələsin. Bu xəstəliyin öz müalicəsi var.