Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağınıza psixiatr lazım olduğunu göstərən - 12 əlamət

  • 2023.11.21 16:13
  • 2592 Baxış
Uşağınıza psixiatr lazım olduğunu göstərən  - 12 əlamət
Uşaqda psixi, nevroloji problemlər olanda hansı mütəxəssisə getmək lazımdır?


Ekspertlər bildirir ki, əgər valideynlər vaxtında uşaqlarda psixiatrik problemləri aşkar edib müalicə etdirsələr, onlar böyüyəndə psixpemosional baxımdan daha sağlam olar.


“Medicina” xəbər verir ki, valideynlər hər nə qədər istəməsə də, uşaqları da lazım gələrsə, uşaq psixiatrı müayinə etməlidir.


Ona görə bu əlamətlərə diqqət edin və uşağı yanlış həkimlərə aparmayın:

-Uşaq yaşıdlarından zehni və nitqə görə geri qalır, inkişafı normal getmir
- Yaddaş, diqqət və düşüncə geriliyi var. Öyrənməkdə çox zəifdir
- Çox tez yorulur və divanda vaxt keçirir
- gecə dərin yuxuya gedə bilmir, tez-tez oyanır

- Sevinc hissi azdır, çox şeydən narazıdır

- Tənhalığa çox çəkilir, heç kimlə ünsiyyət qurmur, küçəyə, gəzməyə, harasa getmək lazım olanda ağlayır

- Yeniyetməlikdə öz çəkisi və xarici görünüşünə çox qapanıb. Güzgüyə tez-tez baxır, dietalar saxlayır, özünü eybəcər adlandırır

- Sürətlə çəki yığır, gizlicə arıqlama dərmanı içir, yeməkdən imtina edir, özüü qusdurur
- Uşaqda daimi bir qorxu, fobiya var- hadisə yer, əşya, obyekt, adam, film və s.
- Ölüm qorxusu var, ölümdən çox danışır

- Xəstələnməkdən qorxur, ehtiyat edir, həkimə getmək istəyir, tez-tez özünü xəstəliyə vurur, diqqət istəyir
- Aqressiya, hirs, qəzəb, qıcıq alovlanmaları olur və fiziki qəddarlıq göstərir

- Yad adamlarla ünsiyyət və söhbətdə çətinlik çəkir, ünsiyyətdən qaçır, özünü təqdim edə bilmir
- Uşaq qəribə, qeyri-ixtiyari hərəkətlər, səslər və sözlər təkrarlayır

- Dırnaqlarını yeyir, saçlarını yeyir


Aygün Musayeva