Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağınız öz cinsiyyət üzvü ilə oynayırsa… - PSİXOLOQ YAZIR

  • 2019.04.01 13:06
  • 24862 Baxış
Uşağınız öz cinsiyyət üzvü ilə oynayırsa… -  PSİXOLOQ YAZIR

Hazırkı dövrdə övladlarının cinsi xarakterli sualları ilə üz-üzə qalıb, cavab verməkdə çətinlik çəkən valideynlərlə tez-tez qarşılaşırıq. Bu vəziyyətdə valideynlər həyəcan keçirir, övladlarının suallarına doğru cavab vermir, yaxud da sualı cavablandırmaqdan yayınırlar. Elə valideynlər olur ki, övladı bu tip suallar verəndə sərt reaksiya göstərir, "bu sözləri kimdən öyrənmisən?”, "sən çox tərbiyəsiz uşaqsan” deyib onları cəzalandırırlar.

 

Cinsi suallarına cavab almayan uşaqlarda daha da maraq oyanır. Müəyyən müddət axdardığı suala düzgün və dolğun cavab tapmayan balacalar yeniyetməlik dövrünə qədəm qoyduqları andan etibarən yenidən bu cür suallarına cavab axtarmaq qərarına gəlirlər. 


Amma bu dəfə münasib olmayan yollarla: Dostlar, internet və bu haqda yazılan və yaşlarına uyğun olmayan kitablar vasitəsiylə onları narahat edən suallara cavab axtarırlar. 


Əgər bu bilgilər uşaqlara gec, naqis və həqiqətə uyğun olmayan şəkildə verilərsə, istənilən nəticəni verməyəcək, hətta problemi daha da dərinləşdirəcək. Əgər valideynlər övladlarının bu tip suallarına diqqətli və münasib cavablar verərlərsə, onların ruhi sıxıntılarının qarşısını almaqdan əlavə, gələcəkdə cinsi pozğunluqlarının da qarşısını almış olacaqlar.


Uşaqlar iki yaşdan etibarən öz bədənləri ilə maraqlanmağa başlayırlar. Hətta bu yaşdan etibarən başlanan "tualetə öyrətmə” onlarda cinsiyyət orqanlarına olan marağı daha da artıra bilər. Bu maraq onlarda öz cinsiyyət üzvləri ilə oynamaları və həzz almaları ilə birlikdə olur. Lakin bu həzz cinsi ləzzətdən tamamilə fərqli bir şeydir.


Əsas odur ki, valideyn bunun uşaqlarda vücudunu tanıma və kəşf etmə duyğusu olduğunu anlasın. Əgər uşaq davamlı olaraq öz cinsiyyət üzvünə əl vurursa, bu zaman psixoloji sıxıntıların olub-olmamasını yoxlamaq lazımdır. Məsələn, uşaq tualetə öyrədilən zaman sıxıntıya, təzyiqə məruz qalıb, yoxsa yox?! Yaxud qidalanma ilə bağlı hər hansı bir təzyiq onlarda stress yarada bilər. Əgər bunlardan hər hansı biri uşaqda sıxıntılara səbəb olubsa, bu səhv metodları aradan qaldırmaqla bu kimi rəftarlar da aradan qalxacaqdır.


Üç-dörd yaş arası qız və oğlan uşaqları artıq aralarında olan fərqlilikləri başa düşürlər. Hətta bir-birinin cinsiyyət orqanının necəliyi ilə maraqlana bilərlər. Bu yaşda uşaqlar öz uşaqlıqlarını, necə dünyaya gəldiklərini bilmək istəyirlər. Dörd yaşdan sonra qız uşaqlarının ataya və oğlan uşaqlarının anaya daha yaxın olmaq istədiklərinin şahidi oluruq. Həmçinin qızlar analarını və oğlanlar atalarını bu yaşda çox təqlid edirlər.


Valideyn onların suallarına sadə və başa düşəcəkləri dildə cavab verməlidir. Əgər uşaq cinsiyyət üzvü haqqında hər hansı bir sual verirsə, valideyn bədənin digər orqanları və onların fəaliyyətləri haqqında danışaraq, cinsiyyət üzvü haqda da məlumat verməlidir. Bu məqamda daha diqqətli olmaq vacib məsələdir. Uşağa ötürdüyü bilgilər hansı həddə olmalıdır  və yaxud o dönəmlərdə necə davranılmalıdır.

 

Uşaqların cinsi suallarına cavab verərkən onların utanmasına, özlərini günahkar hiss etməsinə rəvac verilməməlidir. Bu zaman daha mehriban rəftar piroritet məsələdir.


Uşaqlara necə dünyaya gəldikləri haqda səhv məlumat vermək əvəzinə, onun başa düşəcəyi dillə həqiqəti demək olar. Bu yaşda bir uşağa sən ana bətnində xüsusi bir yerdə idin. Bir müddət orda qaldıqdan sonra böyüdün və dünyaya gəldin. Həmçinin bu mərhələlərdən sonra onun dünyaya gəlməsində həkimlərin də rolunun olmasını söyləyə bilərsiniz. Bu yaş dövründə uşaqların ən çox oynadıqları oyun həkimlikdir. Bunun əsas səbəbi isə bir-birindəki cinsi fərqlilikləri kəşf etmək duyğusudur.


10-14 yaş dövrdən etibarən artıq övladlarınız yeniyetməliyə addım atır. Əgər bu vaxta kimi də övladınızla söhbət etməmisinizsə, hələ də gec deyil, onunla danışın. Çünki övladınız onda baş verən dəyişikliklər səbəbilə mənəvi və psixoloji cəhətdən özünü pis hiss edir. Bəzən isə bu dəyişikliklər barəsində utandığı üçün sual da verə bilmir.


Lap kiçik yaşlarından uşaqlara verilən informasiyalar onlara verilən tərbiyə, yeniyetməlik və yetişkənlik dövründə sağlam cinsi həyatın təməlini qoymuş olur.


Psixoloq Aygün Cəfərova

 

На данном изображении может находиться: один или несколько человек и люди сидят