Yeniyetmələrin səbəbsiz göstərdiyi kobudluq beyni yoxlamaq üçün səbəb ola bilər. Çünki, bu hərəkətlər qeyri – sağlam hərəkətlərdir və yaşla, keçid dövrü ilə əlaqəli deyil.
Əgər yeniyetmə kobudluq edirsə, böyüklərə hörmətsizlik edirsə, bu davranışın səbəblərini psixoloq, müəllim və həkimlərin köməyi ilə aydınlaşdırmaq lazımdır.
“Medicina” xəbər verir ki, зsixoloq Vladimir Skavışın sözlərinə görə, yeniyetmələrin kobudluq nümayiş etdirməsi, yaşlı insanlara, mədəni ənənələrə hörmətsizlik psixopatik və ya deviant davranış kimi qiymətləndirilə bilər.
«Bu hallarda beynin müayinəsi də daxil olmaqla, bəzi müayinələr aparmaq lazımdır.
Psixi xəstəliklərin yeniyetməlik dövründə, keçid çağında özünü büruzə verməsi adi haldır. Bu zaman ikopatik təzahürlər baş verə bilər, qeyri-adekvat, antisosial hərəkətlər edilir.
Mərkəzi sinir sistemində patologiya aşkar edilərsə, müalicə və psixoterapiya yalnız problemli yeniyetmənin anarxik davranışının öhdəsindən gəlməyə kömək edəcəkdir.
Gözlənilməz və təhlükəli nəticələrin qarşısını almaq üçün belə hallara göz yummamaq lazımdır”.
Aynurə Məmmədova