Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağın qulağında yad cisim qalarsa... - Həkimlə MÜSAHİBƏ

  • 2025.03.03 13:37
  • 132 Baxış
Uşağın qulağında yad cisim qalarsa... -  Həkimlə MÜSAHİBƏ

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun otolarinqoloqu Gülşən Qədirli müsahibə verib.



Medicina.az həmin müsahibəni təqdim edir:

- Gülşən xanım, uşaqlarda qulaq kanalında yad cisim qalan zaman nə etmək lazımdır?

- Qulağa yad cisim yerləşdirmə səbəbləri xarici otit, qulaq kiri yığılması nəticəsində narahatlıq, qəza ilə yerləşdirmə, zarafat və maraqdır.

Böyük uşaqlarda qulaq ağrısı, narahatlıq, qıcıqlanma, kiçik uşaqlarda isə qulaq axıntısı, qulaq ağrısı və öskürək ola bilər. Canlı həşəratlar, nadir hallarda xarici qulaq yoluna girərək, narahatlıq və səs küyə səbəb olur. Kanal tamam tıxanarsa, eşitmə itkisi ilə birlikdə bəzən ağrı ortaya çıxa bilir.
Balaca körpələrdə və həssas yeniyetmələrdə yad çisimi çıxartmaq üçün ümumi anesteziya lazım olur. Canlı yad cisimləri xarici qulaq kanalında yerli anesteziya, yağ və ya spirtli məhlul ilə zərərsizləşdirilir. Bitki tərkibli yabançı cisimlər su ilə təmasdan sonra şişdiyinə görə su ilə təmas olmamalıdır. Kəskin uclu yad cisimlər və alətlər təbil pərdəsini zədələyə bilər. Qulaqdan yad cisimlər yalnız həkim tərəfindən kənarlaşdırılmalıdır.


- Hər dəfə duş qəbulundan sonra uşaqlarda yaranan qulaq çınlamasının səbəbi nədir?

- Qulaq kiri tıxacı, qulaq kanalında qulaq kiri yığılmasından qaynaqlanır və eşitməni müvəqqəti olaraq azaldan bir vəziyyətdir. Qulaq kiri sərt, yumşaq ola bilir və normalda çənənin hərəkəti ilə parçalar halında kanaldan atılır. Tıxac yaranması isə serumeninin həddindən artıq ifrazı zamanı olur. Sərt tüklər, epitelin soyulması, ekzositoz, eşitmə cihazları, osteom, dar qulaq kanalı serumen ifrazını artıran amilərdəndir. Eşitmədə azalma, kanalı tam tutan zaman olur. Qulaq çınlaması, reflekstor öskürək, baş fırlanması, qulaq ağrısı yarana bilər. Duş qəbulu, üzmə zamanı qulaq kanalına su girər və kanal tıxanar, bu halda qulaqda qulaq çınlaması və dolğunluq simptomları yaranır.
Qulağın tıxanması müxtəlif üsullarla həkim tərəfindən xaric edilir.

- Hansı hallarda uşaqlarda kəskin xarici otit rast gəlinir?

- Xarici otit – xarici qulaq kanalının kəskin iltihabıdır. Əsas simptomları qulaqda ağrı, eşitmənin azalması, qulaqda qaşınma şikayətidir. Əsasən isti və nəm iqlimdə böyüyən, üzgüçülüklə məşğul, dəri problemləri olan uşaqlarda rast gəlinir, tək tərəfli olur. Yüksək mühüt istisi və nəmi, suya dalmanın yaratdığı dəri maserasiyası, lokal travma (qulaq pambıq) kəskin xarici otit yaradır.
Adətən uşaqlarda üzmə sonrası bir və ya iki qulaqda qaşıntı və ağrı başlayır. Qulaq ağrısı qulağı hərəkət etdirdikdə, kəskin artır. Xarici qulaq kanalını tamam bağlayacaq ödem yarana bilir və bu eşitmə itkisi yaradır. Müayinədə xarici qulaq kanalı ödemlə bağlanmış, çox həssasdır, qulaq kepçəsinin hərəkət etdirilməsi ağrının şiddətini artırır. Traqusun önündə limfadenopatiya izlənə bilər.
Qulaq kanalı çox ödemlidirsə, dərmanlı tamponlardan istifadə etmək lazimdır.

- Qulaq seyvanının kəskin iltihablanması nədir?

- Qulağın ekzeması xüsusən uşaqlarda daha tez rast gəlinir. O, ayrıca ola bildiyi kimi yayılan ekzemanın yerli təzahürü kimi də meydana çıxır. Ekzemanın səbəbləri eksudativ diatez, konstitusional anomaliyalar, uşaqlarda qidalanmanın, maddələr mübadiləsinin pozulmaları ola bilər. Günəş şüaları da ekzema törədir. Yerli səbəblərdən qulaqdan irinli ifrazat gəlməsini göstərmək olar. Ekzema kəskin və xronik olur. Kəskin ekzema zamanı proses qulaq seyvanını, xarici qulaq keçəcəyini tutur. Əvvəlcə dəridə qızartı və şişkinlik əmələ gələrək qaşınma, göynəmə duyğusu ilə müşahidə olunur, temperaturun yüksəlməsi az təsadüf olunur. Qaşınma xəstəliyin gedişini pisləşdirir, iltihablaşmış dərinin zədələnməsinə kömək edir. Tezliklə sudurlar əmələ gəlir. Onlar partlayaraq özlərindən sonra sulanan səth qoyurlar. Sonralar qartmaq əmələ gəlir. Bir sıra təsadüflərdə ekzema göstərilən ümumi xəstəliklər ilə törədilmişsə proses uzanır, xroniki gedişi müşahidə olunur. Xronik ekzema prosesin dərinin bütün qatlarına yayılması ilə xarakterizə olunur. Belə olduqda qulaq seyvanı həcmcə böyüyür, forması dəyişilir. Seyvanın ayrı-ayrı yerlərində qartmaqla örtülü çatlar əmələ gəlir, qartmağın altından irinə oxşayan maye xaric olur. Proses qulaq keçəcəyinə yayıldıqda, o, daralır. Bəzi təsadüflərdə dərini örtən qalın çatlar şəklində pulcuqların əmələ gəldiyi qeyd olunur. Ekzemanın diaqnozu çətin deyildir. Ekzemanı qızılyeli iltihabından, qulaq seyvanının perixondritindən və diffuz xarici otitdən fərqləndirmək lazımdır. Kəskin ekzemanın proqnozu yaxşıdır. Xronik ekzemalar dedikcə inadkar olur, residivlər verir. Ekzemanı müalicə edərkən endogen və ekzogen amilləri nəzərə və onlara təsir etmək lazımdır. Qulaqdan irin gəlməsinin ekzemanı uzatdığını nəzərə alıb onunla mübarizə aparmaq tələb olunur.
Perixondirit və xondrit qığırdağın infeksiyası, əsasən seyvanın yaralanması və ya cərrahi travmasına bağlı olaraq olur. Ağrı və xarici qulaq kanalında şiddətli qaşıntı başlıca şikayətdir. Qulaq seyvanı üzərindəki dəri həssas, şiş və ödemlidir. Şiddətli vəziyyətlərdə, təsir nahiyəsində qabıqlanma olur.

- Xarici qulaq xəstəlikləri zamanı nə vaxt KT və MRT istifadə olunur?

- Xarici qulaq xəstəliklərindən olan bəd xassəli xarici otit – xarici qulaq kanalı, gicgah sümüyü, kəllə əsasını tutan bir infeksiyadır. Xəstəlik xarici qulaq kanalından başlayar və gicgah sümüyünün osteomiyeliti olaraq davam edər. Xəstəlik zaman keçdikcə bəzi kəllə sinirləri zədələyə bilir.
Bəd xassəli otitin diaqnozu və izlənilməsində KT və MRT müayinəsi ən dəqiq görüntülənmə üsuludur. Görüntülənmədə ilk olaraq yüksək rezonaslı KT istifadə olunur. Xəstəlik irəliləməsi ilə birlikdə mastoid havalı hücrələrdə opasifikasiya, timpanik halqada destruksiya, xarici qulaq kanalında osteomielit izlənilir.
Xəstəliyin kəllə əsasına yayılması ilə birlikdə, gicgah sümüyü, kəllə əsasə osteomiyeliti simptomları ortaya çıxar. KT-də sümük eroziyası və sümük nazikləşməsini görülür. Əsasən 30% və üzəri sümük demineralizasiyası varlığı KTi-də görülür. KT fasiyal kanal, jugular foramen, karotit kanal yeyilmələri və sümük içərici mikroapselərin təspitində fayadlıdır. MRT müayinəsi əsasən sümük xarici infeksiyanın yayılmasını dəyərləndirmədə faydalıdır. Dura və kəllə əsası, beyin apsesi, karnial sinir, damar yayılmaları və sinus trombozlarının təsbitində MRT, MRT-angioqrafiya və MRT-venoqrafiya istifadə olunur.

- Körpələrdə hansı eşitmə testi tətbiq olunur?

- Yeni doğulmuşlarda eşitmənin skininq müayinəsinin əsas məqsədi eşitmə itkisi ilə doğulan körpələrin erkən vaxtda aşkarlanması və reabiltasiyasına başlamaqdan ibarətdir.
Risk faktorlarına qohum evliliyi, ananın hamiləlik dövründə keçirtdiyi yoluxucu xəstəliklər, toksoplazmoz, rubella, xlamidiya, sitomeqalovirus, herpes, körpənin 35 həftədən erkən doğulması, çəkisinin 1500 qramdan az olması, küveyzdə qalması, patoloji sarılıq keçirtməsi və s. aiddir.
Yenidoğulmuşların skrininq müayinəsi doğumun üçüncü sutkasından 28-ci günə qədər aparılır. Doğumdan 3 yaşına kimi olan müddətdə uşaqlarda danışma və dil inkişafı baxımından önəmlidir. Eşitmənin skrininq müayinəsi edilmədiyi təqdirdə eşitmə itkisi vaxtında aşkar edilmir. Skrininq edilməyən körpələrin ailəsi eşitmə itkisini ən erkən 18 aylığında hiss edə bilər. Eşitmə itkisi 6 ayında təsdiqləndikdə eşitmə cihazı taxılmalıdır.