Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağın qolaltında düyünlər varsa... - Nə etməli?

  • 2021.12.24 14:29
  • 6348 Baxış
Uşağın qolaltında düyünlər varsa... -  Nə etməli?
"Əgər uşağa sol tərəfə vərəm əleyhinə peyvənd vurulandan sonra sol qoltuqaltı şişibsə, bu, peyvəndlə əlaqəli prosesdir".

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov nazirliyin İnstaqram səhifəsində canlı yayımda deyib.

Ekspert bildirib ki, yeni doğulmuşlarda sol qoltuqaltında olan şiş buna işarədir.

"Yox, əgər şiş sağ və ya hər iki tərəfdədirsə, bu, iltihabi proses, yaxşıxassəli və pisxassəli xəstəliklər ola bilər. Bunu araşdırmaq lazımdır", - deyə o qeyd edib.