Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağın qızılca olması böyüklər üçün təhlükəlidirmi?

  • 2023.05.25 12:21
  • 3357 Baxış
Uşağın qızılca olması böyüklər üçün təhlükəlidirmi?
Qrip, qızılca, göy öskürək, suçiçəyi, məxmərək, parotit, difteriya, vərəm və hətta rotavirus infeksiyası kimi xəstəliklər hava yolu ilə, bəzən uzun məsafələrdən də ötürülür.


“Medicina” xəbər verir ki, rotavirus infeksiyası, bir çox viral infeksiyalar kimi, temperaturun artması ilə başlayır. Gənc uşaqlarda bu, mayenin sürətlə itirilməsinə, yəni susuzluğa gətirib çıxarır ki, bu da intoksikasiya ilə birlikdə sinir sisteminə təsir edir: yuxululuq, bəzi uşaqlarda isə qıcolmalar. Uşaq nə qədər kiçik olsa, susuzlaşma bir o qədər tez baş verir, hətta ölümlə nəticələnə bilər.


Son zamanlar suçiçəyi xəstəliyinin artımı müşahidə olunur, artıq yoluxmanın 10% -i 15 yaşdan yuxarı uşaqlarda və böyüklərdə baş verir.

Ən çox görülən ağırlaşma müxtəlif dəri infeksiyalarıdır.

Rusiyalı mütəxəssislərin sözlərinə görə, ümumilikdə, vaxtında bu infeksiyalara qarşı vaksinasiya olunduqda, xəstəliklərin böyüklərə ağır təsiri olmur. Peyvənd aktiv süni spesifik fərdi immunitet və kollektiv müdafiə yaradır.

İmmunitet antikorların istehsalı və peyvəndin tərkibinə daxil olan patogenlərə qarşı hüceyrə müdafiəsinin yaradılmasnı təmin edir.

Aynurə Məmmədova