Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağın immunitetinin zəif olduğunu necə bilməli? - Əlamətlər

  • 2021.10.25 15:54
  • 2450 Baxış
Uşağın immunitetinin zəif olduğunu necə bilməli? -  Əlamətlər




İmmun sistemi orqanizmi daxili və xarici “düşmənlərdən” - mikroblar (viruslar, bakteriyalar, göbələklər), yad hüceyrələr və orqanlardan (qanköçürmə və orqan köçürülməsi zamanı), özünün dəyişilmiş hüceyrələrindən (onkoloji xəstəliklərdə) qoruyur. Bütün bunlar sağlam immun sistemi tərəfindən yerinə yetirilir.

Müxtəlif zərərli faktorların (müxtəlif xəstəliklər, natamam qidalanma, radiasiya və digər zərərli ekoloji faktorlar, xroniki stres halları) təsiri altında zədələnmiş immun sistemi öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir. 3-5 yaşına qədər olan uşaqlarda immun sistemi öz vəzifəsini tam şəkildə yerinə yetirə bilmir, sonra isə sanki “özünu bərpa edir”. Ancaq bəzi uşaqlarda “özünü bərpa etmə” 5 yaşından sonra da baş vermir. Onlar yenə də tez-tez və uzun muddət soyuqdəymə ilə, virus infeksiyaları ilə, irincikli xəstəliklərlə xəstələnirlər. Bu xəstəlikləri keçirərkən onların immun sistemi daha da zəifləmiş olur.

İmmuniteti aşağı olan uşaqlarda ilk növbədə KRVİ, qrip xəstəlikləri yüksək hərarətlə müşayiət edilir, onlarda xroniki angina, tez-tez təkrarlanan bronxitlər, hətta pnevmoniyalara da rast gəlinir. Bundan başqa, belə uşaqlarda ishal, səbəbsiz köp və qarın ağrıları da xarakterik hesab olunur. Bəzi uşaqlarda sidik sistemi xəstəlikləri də təsadüf edilə bilər.

İmmuniteti aşağı olan uşaqlarda hər kiçik yara irinləyərək sağalması uzun müddət çəkərək dəridə çapıq əmələ gəlməsi ilə başa çatır. Onlarda tez-tez dodaq ətrafında, ağızda herpetik səpgilər əmələ gəlir, həmçinin müalicəyə pis tabe olan göbələk xəstəlikləri də olur (müalicədən bir qədər sonra təkrarən yenə də əmələ gəlirlər). Bundan başqa, immuniteti aşağı olan uşaqlarda bir çox limfatik (çənəaltı, ön və arxa boyun, körpücüküstü və altı, qoltuqaltı, qasıq) düyünlərinin böyüməsi də müşahidə edilir. Bəzi uşaqlarda dalaq da böyümüş ola bilər. Bundan başqa, belə uşaqlarda adenoid və badamcıqların böyüməsi də müşahidə edilir. Ancaq onu da qeyd etmək vacibdir ki, böyumüş limfa düyünləri yumşaq, toxumalarla və dəri ilə birləşməmiş, ağrısız olurlar. Bu da öz-özlüyündə xəstəlik hesab edilmir.

“Pis” immun sistemi bir çox zərərli faktorlara (toz, bitki tozları, qida maddələri, kimyəvi maddələr və s.) daha aktiv şəkildə reaksiya verə bilər ki, bunun nəticəsində allergiya adlanan xəstəlik əmələ gələ bilər. Uşaqlarda allergiyanın əmələ gəlməsinin əsas səbəbi də immunitetin aşağı olması hesab olunur


İmmun sistemi orqanizmi daxili və xarici “düşmənlərdən” - mikroblar (viruslar, bakteriyalar, göbələklər), yad hüceyrələr və orqanlardan (qanköçürmə və orqan köçürülməsi zamanı), özünün dəyişilmiş hüceyrələrindən (onkoloji xəstəliklərdə) qoruyur. Bütün bunlar sağlam immun sistemi tərəfindən yerinə yetirilir.

Müxtəlif zərərli faktorların (müxtəlif xəstəliklər, natamam qidalanma, radiasiya və digər zərərli ekoloji faktorlar, xroniki stres halları) təsiri altında zədələnmiş immun sistemi öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir. 3-5 yaşına qədər olan uşaqlarda immun sistemi öz vəzifəsini tam şəkildə yerinə yetirə bilmir, sonra isə sanki “özünu bərpa edir”. Ancaq bəzi uşaqlarda “özünü bərpa etmə” 5 yaşından sonra da baş vermir. Onlar yenə də tez-tez və uzun muddət soyuqdəymə ilə, virus infeksiyaları ilə, irincikli xəstəliklərlə xəstələnirlər. Bu xəstəlikləri keçirərkən onların immun sistemi daha da zəifləmiş olur.

İmmuniteti aşağı olan uşaqlarda ilk növbədə KRVİ, qrip xəstəlikləri yüksək hərarətlə müşayiət edilir, onlarda xroniki angina, tez-tez təkrarlanan bronxitlər, hətta pnevmoniyalara da rast gəlinir. Bundan başqa, belə uşaqlarda ishal, səbəbsiz köp və qarın ağrıları da xarakterik hesab olunur. Bəzi uşaqlarda sidik sistemi xəstəlikləri də təsadüf edilə bilər.

İmmuniteti aşağı olan uşaqlarda hər kiçik yara irinləyərək sağalması uzun müddət çəkərək dəridə çapıq əmələ gəlməsi ilə başa çatır. Onlarda tez-tez dodaq ətrafında, ağızda herpetik səpgilər əmələ gəlir, həmçinin müalicəyə pis tabe olan göbələk xəstəlikləri də olur (müalicədən bir qədər sonra təkrarən yenə də əmələ gəlirlər). Bundan başqa, immuniteti aşağı olan uşaqlarda bir çox limfatik (çənəaltı, ön və arxa boyun, körpücüküstü və altı, qoltuqaltı, qasıq) düyünlərinin böyüməsi də müşahidə edilir. Bəzi uşaqlarda dalaq da böyümüş ola bilər. Bundan başqa, belə uşaqlarda adenoid və badamcıqların böyüməsi də müşahidə edilir. Ancaq onu da qeyd etmək vacibdir ki, böyumüş limfa düyünləri yumşaq, toxumalarla və dəri ilə birləşməmiş, ağrısız olurlar. Bu da öz-özlüyündə xəstəlik hesab edilmir.

“Pis” immun sistemi bir çox zərərli faktorlara (toz, bitki tozları, qida maddələri, kimyəvi maddələr və s.) daha aktiv şəkildə reaksiya verə bilər ki, bunun nəticəsində allergiya adlanan xəstəlik əmələ gələ bilər. Uşaqlarda allergiyanın əmələ gəlməsinin əsas səbəbi də immunitetin aşağı olması hesab olunur. /saglamolun.az/