Alimlər uşaqların davranışlarına təsir edən valideyn genini tapıblar.
“Medicina” xəbər verir ki, genlərimizin əksəriyyəti cüt-cüt miras alınsa da, analar və atalar genetikaya fərqli təsir göstərir.
Utah Universitetinin yeni araşdırmasına görə,valideynlərin əhval-ruhiyyəsi və davranışına hormonlar, digər kimyəvi maddələr fərqli təsir edir.
Yuta Universitetinin Neyrobiologiya kafedrasının dosenti bildirib ki, davranışın formalaşmasında iştirak edən genetik faktorları başa düşmək psixi pozğunluqların diaqnostikası və müalicəsi üçün daha yaxşı metodların işlənib hazırlanmasına töhfə verə bilər.
Alimlər siçan beynində neyrotransmitterlərin istehsalı üçün lazım olan ana geninin surətinə əsaslanan hüceyrə qruplarının tapıldığını bildiriblər. Genin ata nüsxəsi hələ bağlı olaraq qalır.
Eyni zamanda, böyrəküstü vəzilərdə müəyyən hüceyrələr ata geninin surətinə üstünlük verirlər. Orada ata geni stress hormonu adrenalinin istehsalında iştirak edir.
Belə bir gözlənilməz keçidi müəyyən etdikdən sonra Gregg komandası bunun davranışa necə təsir etməsi ilə maraqlanıb. Onlar müəyyən ediblər ki, hər bir valideynin geni oğul və qızlara fərqli təsir göstərir: oğullarda müəyyən qərarlar ananın geni, qızlarda isə ata genləri ilə idarə olunur.
Aynurə Məmmədova