Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağın cinsiyyəti daha erkən öyrənilə bilər

  • 2021.05.25 10:40
  • 1636 Baxış
Uşağın cinsiyyəti daha erkən  öyrənilə bilər
Körpələrin cinsiyyəti daha erkən öyrənilə bilər.

Medicina.az xəbər verir ki, 4D ultrason körpənin ana qarnında hərəkətlərinin izlənildiyi bir texnologiyadır. 4D ultrason sayəsində körpə ana qarnında görünür. Eyni zamanda, anlıq görüntülər ilə ana qarnındakı körpə video kimi izlənilə bilər. Beləliklə, valideynlər körpənin gülümsəməsi və əsnəməsi kimi ilk hərəkətlərini izləyə bilərlər. Həmçinin bu texnologiya sayəsində uşaqda hansısa problemin olub-olmaması əvvəlcədən araşdırıla bilər.

Narahatlıqlar azalır, daha rahat bir hamiləlik keçirirlər

4D ultrasonun əslində bir çox faydaları vardır. Ailələr xüsusən uşağın kimə bənzədiyi ilə çox maraqlanırlar. Bununla yanaşı valideynlər uşaqları gördükləri zaman narahatlıqları azalır və daha rahat hamiləlik keçirirlər.



Uşağın gerçək görüntüsü doğmadan bəlli olur

4D ultrasonla uşağın inkişafı, dovşan dodaq və damaq, qol və ayaq anomaliyalar, çoxlu hamiləlik və s. erkən aşkarlana bilər.

4D utrason hansı ayda edilə bilər?

4D ultrason ilə körpənin hərəkətlərinin ən yaxşı izlənildiyi zaman 11-13-cü ilə 18-22-ci həftələrdir. Ultrasonun anaya və ya körpəyə hansısa zərəri yoxdur.