Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağı qucağına aldı, kor oldu – Kuryoz olay

  • 2023.07.17 21:10
  • 1335 Baxış
Uşağı qucağına aldı, kor oldu  – Kuryoz olay
Moskva şəhəri yaxınlığında yerləşən qəsəbələrin birində qadın körpəni qucağına aldıqdan sonra bir gözü kor olub.


“Medicina” xəbər verir ki, 27 yaşlı qadında bu fəsadın səbəbi Valsalva retinopatiyası, gözdə kiçik kapilyarların qopmasına və qanaxmalara səbəb olan fiziki aktivlik olub.


Sol gözünün görmə qabiliyyətinin itirilməsindən şikayətlənən qadın Ramensk regional xəstəxanasına yerləşdirilib. Sonradan məlum oldu ki, gecə yatmazdan əvvəl uşağı sakitləşdirmək üçün qalxıb, onu qaldırıb və qəfildən gözləri qarşısında dalğalar görüb.

Qız buna əhəmiyyət verməyib və yuxuya gedib, səhəri isə bir gözünün görmədiyini hiss edib.

Moskva vilayətinin Səhiyyə Nazirliyindən verilən məlumata görə, həkimlər müayinə keçirib və xəstədə Valsalva retinopatiyasının, torlu qişa ilə şüşəvari bədənin təbəqələrindən biri arasında qanın toplanması və bununla da görmə qabiliyyətinin pozulması aşkar ediblər.

Fiziki fəaliyyətlə əlaqədar olaraq qadının torakal və ya qarın içi təzyiqi kəskin şəkildə artıb, sonra venoz staz meydana gəlib, nəticədə kiçik kapilyar damarlar zədələnib, qanaxmalar baş verib.

Ramenskaya xəstəxanasının oftalmologiya şöbəsinin müdiri Pavel Şvetskayanın sözlərinə görə, indi qız özünü yaxşı hiss edir.

Günay Quluzadə