Türkiyənin Dənizli vilayətində yaşayan S.Ş. adlı Azərbaycan vətəndaşı olan qadın illərdir uşaq sahibi olmadığı üçün xəstəxanaya müraciət edib.
Medicina.az milli.Az-a istinadən xəbər verir ki, rentgenə salınan qadının sidik kisəsinin xarici səthinə yapışmış tikiş iynəsi aşkar edilib.
38 yaşlı S.Ş. uşaq sahibi olmaq üçün üz tutduğu xəstəxanadan tikiş iynəsiylə yaşadığını öyrənib. Əməliyyata götürülən azərbaycanlı qadının sidik kisəsinə yapışmış iynə çıxarılıb. S.Ş. açıqlama verərək, "22 yaşımda səhvən iynə uddum. Tez xəstəxanaya getdik. Mənə həkimlərin çoxlu kartof yeyəcəyim təqdirdə iynənin özünün çıxacağını dedilər. Bir müddət sonra yenidən xəstəxanaya getdim. Həkimlər iynənin bədənimdən çıxdığını dedilər. Mən də həyatıma davam etdim. Qarnım tez-tez bərk sancırdı" deyib.
Həkim iynənin həyati orqanları zədələmədiyini bildirib.