Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Uşağı həkim müayinəsinə necə hazırlamalı – Valideynlər DİQQƏT!

  • 2023.04.27 14:41
  • 2435 Baxış
Uşağı həkim müayinəsinə necə hazırlamalı  – Valideynlər DİQQƏT!
Uşaqlar adətən, həkim adı gələndə qorxurlar. Müayinəyə getmək istəmədikləri üçün ağlayırlar. Uşaqları həkim müayinəsinə aparmağın yolları var.

“Medicina” xəbər verir ki, bəzən hətta stetoskopun soyuq metalı qorxuya səbəb olur, körpə ağlayıb müqavimət göstərə bilir.

Psixoloq hesab edir ki, uşağı tibbi cihazlara əvvəlcədən öyrətmək lazımdır. Məsələn, "xəstəxana", həkim oyunu vasitəsilə. Uşağınız üçün həkim oyuncaq qutusu alın, bir qayda olaraq, pediatrın istifadə etdiyi bütün əsas tibbi alətlər burda var: stetoskop, otoskop, termometr, şpris və dərmanlar.

Əgər sevdiyi oyuncağın xəstə olduğunu izah etsəniz və ona yalnız iynə ilə kömək etmək olar desəniz, uşağınız başa düşəcək. Bəlkə də şprisdən qorxmağı itməyəcək, amma bunun nə üçün lazım olduğunu başa düşərək, isterik hərəkətləri azalacaq. Uşağı həkim yanında tənqid etməyin, tərifləyin.


Həkim otağına girmək qorxusu varsa, heç bir halda uşağa "Sən artıq böyüksən - qorxmaq ayıbdır" ifadəsi ilə təzyiq etməməlisiniz.

Prosedurdan sonra onu nə gözlədiyini izah etməyə çalışın. Məsələn, sağaldıqdan sonra yenidən yeriyə və qaça biləcək. Deyin ki, uşaqlıqda siz də qorxmusunuz, körpə o qədər tək olduğunu düşünməməlidir. Qorxduğu üçün onu utandırmayın.

Ən əsası isə psixoloqun fikrincə, övladınıza yaxın olun ki, onu tərk etdiyinizi düşünməsin. Hətta bütün prosedur zamanı onunla danışa bilərsiniz. Və sonra onu cəsarətinə görə tərifləməyi unutmayın.

Aynurə Məmmədova