“Uşaqlarda qızdırma 38,5 dərəcədən aşağı olarsa, qızdırmanı salmağın əhəmiyyəti yoxdur”.
"Medicina" xəbər verir ki, infeksionist Təyyar Eyvazov nazirliyin “Instagram” səhifəsində canlı yayımda məlumat verib.
“Valideynlər bu kimi səhvlərə yol verməsinlər. Onsuz da uşağın qızdırması var, onu tərlətmək məqsədilə üstünü basdırmaq vəziyyəti daha da pisləşdirə bilər. Əgər uşaqlarda qıcolma yoxdursa, 38,5 dərəcədən yüksək olmadığı müddətcə hərarət salan dərmanlardan istifadə tövsiyə edilmir.
Lakin qıcolması olan uşaqlar üçün ortalama hərarət dərəcəsi 38 olaraq götürülür. 38 dərəcədən yüksək olarsa, dərhal hərarət salan dərman preparatlarının qəbul edilməsi tövsiyə edilir. Təbii ki, həkim məsləhəti çərçivəsində”.