Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyinizi xəstələndirən 10 ərzaq – Ürəyi zəif olanlar uzaq dursun

  • 2018.08.23 16:24
  • 23581 Baxış
Ürəyinizi xəstələndirən 10 ərzaq –  Ürəyi zəif olanlar uzaq dursun

Ürək insanın həyati orqanıdır. Qanla doludur, düşünürük ki, yeməkdən asılı deyil. Yeməkdən uzaqdır. Amma ürəyimizin də sevmədiyi qidalar var. Xüsusən bir az ürəyi zəif olanlar, qan-damar sistemində problem yaşayanlar bu qidaları rasionundan çıxarsa yaxşıdır.


Medicina.az ürəyi xəstə edən əsas ərzaqları təqdim edir:

 




1.Şəkər qatılmış ərzaqlar




Rafinə olunmuş qənd, şəkər, qlükoza, fruktoza – iltihabi prosesləri artırır. Bu da ürəyə zərərdir. Marketlərdə satılan konfetlər, şirələr, koktellər, cemlər, peçenyelər, yarımfabrikatlar rasiondan çıxarılmalıdır. Amerika Ürək Assosiasiyası qadınlara 25 qr, kişilərə 35 qr təmiz halda şəkər qəbulunu və bu normanı aşmamağı tövsiyyə edir. Bu da 6-7 qaşıq şəkər deməkdir. 




2.Konservləşdirilmiş şpor, balıq




Salatlara və buterbrodlara qatılan, mağazalarda könlü balıq istəyəni ucuz qiyməti ilə cəlb edən konservlər tərkibinə görə faydalı olsa da, ürək üçün zərərlidir. Çünki onun hazırlanmasında duz, ədviyyat və əlavələr istifadə olunur. Bu maddələr mayeni saxlayır, şişkinlik verir, xolesterini artırır. Bu da ürək damarlarını tutur. Konservlərdə olan konservantlar isə ümumi orqanizm üçün fəsadlar yaradır. 

 




3.Marqarin




Kərə yağını əvəz edən transyağlar ürək üçün çox təhlükəlidir, insult, infark riskini artırır. Doymuş yağlar demək olar istifadə etdiyimiz bütün məhsulların tərkibində var. Bahalı kərə yağının ucuz, zərərli analoqu fast food, yarımfabrikatlar, bütün şirniyyatlar, dondurma, şokolad, konfet, xəmir məmulatlarında var.

 

Marketlərdə transyağ tərkibli qidaların üzərində istehsalçılar azdırıcı terminlər yazır: konditer yağı, bitki yağı, süd yağı və s. Əslində isə bunların altında bir yağ gedir: transyağlar, marqarin. 




4.Kolbasa, sosis




İstənilən hisə verilmiş məhsul dadlandırıcı, rəng, konservativ, duz, transyağ, ədviyyatla hazırlanır. Qanda xolesterini artırır, ateroskleroz yaradır. Beynəlxalq Onkoloji Assosiasiyası təsdiq edir ki, kolbasa, sosis, bekon, vetçina kanserogendir. Bu ət məhsullarını ildə bir-iki dəfə sadəcə dad bilərsiz. Gündəlik qidadan çıxarın. 

 

 







5.Ağ çörək




Yüksək növ undan hazırlanan çörək ürəyinizə fayda verməz. Bu ərzaq karbohidratla zəngindir, yüksək qlikemik indeksi var. Qanda şəkəri qısa müddətdə qaldırır. Ürək tutmalarını artırır. Təmizlənmiş ağ unda faydalı heç nə yoxdur. Demək olar, insan üçün dəyəri yoxdur. Ürəyiniz üçün daha sağlam çörək seçin. 




6.Mayonez




Xüsusən qadınların vazkeçilməzidir. Əsl mayonez yumurta sarısı, sirkə, zeytun yağı, xardaldan hazırlanıt. Amma süni əlavələrlə hazırlanmış mağaza mayonezləri transyağ, konservant, dadlandırıcı, duz ilə zəngindir. Mayonezi bol qidalar arterial təzyiqi artırır, ürəyin işini çətinləşdirir. 




7.Şirin qazlı içkilər




Ürəyin birinci düşmənidir. Bu içkilər qanda şəkəri qəfildən çox yüksəldir. Kofein isə təzyiqi yüksəldir, ürək ritmini pozur, xolesterini artırır. Hətta dietik kola belə özünüaldatmadan başqa bir şey deyil. 




8.POPKORN




Ürəyi zəif olanların kinoteatrda popkorn yeməsə yaxşıdır. Yüksək kalorili  bu qida karamel, duz, dadlandırıcı, nişasta ilə zəngindir. Bu dəhşətli qarışıq arteriyaları yüklənir, ürək və böyrəkləri yükləyir. 




9.Dondurma 




Dondurma sevənlər üçün yaxşı xəbər olmayacaq, amma bu qida da ürək üçün zərərlidir. Tərkibində çox transyağ, şəkər var. Bir pors dondurma kalori bombasıdır. Artıq çəki yaradır, ürək ritmini pozur, xolesterin artırır. Yaxşı olar ki, dondurmanı təmiz yağdan meyvədən özünüz hazırlayasız.




10.Yağlı pendir




Səhərlər yağlı, sarı, holland pendiri, ərimiş pendir yeyənlər ehtiyatlı olsun. Doğrudur pendir orqanizmə lazımlıdır, amma ürəyi zəif olanlar yağlı, duzlu pendiri yağsız, az duzlu pendirə dəyişsin. 




11.Ağ düyü




Cilalanmış, emal olunmuş ağ düyü yüksək qlikemik indeksə malikdir, davamlı qəbul etdikdə diabet və ürək xəstəliyi yaradır. Nişastası bol olan bu düyüdən qana çox insulin daxil olur, artıq çəki yığılır.  Yapon həkimləri deyir ki, ağ düyü mədə-bağırsaq xərçənginə səbəb olur.  Düyünün qablaşdırılmasına talkdan istifadə olunur. Bu maddə yüksək kanserogendir. 



Ürəyinizi xəstələndirən 10 ərzaq –  Ürəyi zəif olanlar uzaq dursun