Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyindəki dəlik 43 ildən sonra bağlandı

  • 2025.02.19 13:23
  • 376 Baxış
Ürəyindəki dəlik 43 ildən sonra bağlandı

Açıq ürək əməliyyatından qorxduğu üçün müalicəsini 43 il təxirə salan xəstə İzmirdə qapalı angioqrafiya üsulu ilə həyata keçirilən əməliyyatla sağlamlığına qovuşub.

Medicina.az türk mediasına istinadla xəbər verir ki, təqaüdçü ingilis dili müəllimi olan 63 yaşlı Gönül Kahraman 1981-ci ildə ürəyində 1 santimetrlik dəlik olduğunu öyrənib.

Həkimlər o günün şərtləri ilə dəliyin qapalı üsullarla bağlana bilməyəcəyini bildirərək açıq ürək əməliyyatı təklif ediblər. Açıq ürək əməliyyatından qorxan Gönül Kahraman həkimlərin təklifini rədd edib.

Ürəyindəki dəlik səhhətinə ciddi təsir etməsə də, təqaüdə çıxdıqdan sonra zaman-zaman nəfəs almaqda çətinlik çəkməyə başlayıb.

Həkim Dos. Dr. Cihana müraciət edən Kahraman uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub.

Dos. Dr. Cihan Altın uşaqlıqda ürək dəliklərinin öz-özünə bağlana bildiyini, lakin bəzi hallarda əməliyyat lazım olduğunu bildirib.

Kahramanın nəfəs darlığı və yorğunluq şikayətləri ilə xəstəxanaya rahatlıqla gəldiyini ifadə edən Altın, "Xəstəmizə daha əvvəl bu əməliyyatın qapalı şəkildə həyata keçirilə bilməyəcəyi deyilmişdi. Gönül açıq əməliyyatdan qorxduğu üçün qapalı əməliyyat keçirməyə qərar verdik. 1-2 saatlıq əməliyyatdan sonra xəstəmiz əməliyyatdan 5 saat sonra evə buraxıldı", dedi.

Gönül Kahraman açıq ürək əməliyyatından həmişə qorxduğunu bildirib.

"Pilləkənləri qalxanda çox yorulurdum. Çox zəhmət tələb edən işlərdən qaçırdım. Xüsusilə də son 2 ildə daha çox çətinlik çəkməyə başladım. Əməliyyatdan sonra artıq nəfəs darlığım yox idi. 43 ildən sonra ürəyimdəki dəlik bağlandı, özümü yenidən doğulmuş kimi hiss edirəm”.

Aygün
Medicina.az