Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyin yavaş döyünməsinin səbəbləri - Kardioloqdan AÇIQLAMA

  • 2021.10.16 15:48
  • 2260 Baxış
Ürəyin yavaş döyünməsinin səbəbləri  - Kardioloqdan AÇIQLAMA

Bradikardiya ürək vurğularının normadan aşağı olmasıdır. Normal halda ürək vurğularının sayı 60-100 arasında olur. Bradikardiya zamanı ürək vurğularının sayı 60-dan az olur.

Bu zaman ürək oksigenlə zəngin qanı orqanlara bərabər şəkildə göndərə bilmir və müxtəlif şikayətlər müşahidə olunur.

Bradikardiya hansı əlamətlərlə özünü göstərir?
-Baş gicəllənmə
-Halsızlıq
-Bayılma
-ez yorulma
-Üşümə hissi,tərləmə
-Göz qaralması


Bradikardiyanın səbəbləri:

-Anadan gəlmə ürək qüsurları
-Miokard infarktından sonra ürəyin zədələnməsi
-Hipertoniya xəstəliyi(arterial təzyiqin yüksək olması)
-Ürəyin elektrik sisteminin fəaliyyətinin pozulması
-Qalxanabənzər vəz xəstəlikləri (hipotireoz)
-Dərmanların əlavə təsiri
-Gənc idmançılarda davamlı fiziki aktiv olduqları üçün,ürək döyünmələrin sayı normadan aşağı ola bilir.Bu fizioloji vəziyyət hesab olunur.

-Qeyd etdiyimiz kimi Bradikardiya digər xəstliklərin əlaməti kimi özünü göstərir.Ona görə müalicə inteqrativ müalicə üsulu ilə səbəbə yönəlik aparılır.

Bu və digər ürək xəstəlikləri ilə bağlı Bioloji Təbabət klinikasının kardioloqu Aynur Əlizadəyə müraciət edə bilərsiniz.