Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyin təhlükədə olduğunu göstərən 4 əlamət

  • 2023.05.05 14:34
  • 1950 Baxış
Ürəyin təhlükədə olduğunu göstərən  4 əlamət
Bir çoxumuzun diqqət yetirmədiyi bu 4 əlamət ürək- damarlarımız üçün çox təhlükəlidir.

“Medicina” xəbər verir ki, Rusiyalı həkim – kardioloq Yuriya Pikşinin sözlərinə görə, daimi yorğunluq, pilləkənlərə qalxdıqdan sonra şiddətli nəfəs darlığı, zəif iştahla iş günündən sonra çox adamı narahat edir.

Bu əlamətlərdən biri ürək problemi ilə bağlı ola bilər.

Təhlükəli simptomlardan hesab edilən siqnallar bunlardır:

Səhər çağı və gün ərzində tez-tez zəiflik, yorğunluq. Kardioloq vurğulayır ki, ürək problemləri olduqda, həmişə səhər saatlarında yorğunluq hissi yaranır.

Minimum hərəkətdə belə nəfəs darlığı. Uzanmış vəziyyətdə nəfəs almaq çətinləşir. Bəzi insanlar hətta eyni vaxtda 2-3 yastıqda və ya yarı oturaq vəziyyətdə yatmalı olurlar.

Tez-tez başgicəllənmə - qanda oksigen çatışmazlığından yaranır. Ayaqların şişməsi. Ayaqların çox şişməsi, ölçüsünün artması, rənginin göyərməsi və əl - ayaqın soyuq olması artıq qanın aşağı ətraflara pis dövr etdiyini göstərir.

Günay Quluzadə