Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyin MRT-si kardioloq və cərrahlara hansı imkanlar açır? – Rəşad Mahmudovdan AÇIQLAMA

  • 2019.06.27 18:54
  • 19856 Baxış
Ürəyin MRT-si kardioloq və cərrahlara hansı imkanlar açır? –  Rəşad Mahmudovdan AÇIQLAMA
Bir çox orqanların Maqnit Rezonans Tomoqrafiyası  olduğu kimi ürəyin də MRT-si mümkündür və artıq Bakıda bir çox ürək cərrahları tərəfindən riskli durumlarda, əməliyyat üçün düzgün qərarlar üçün kəskin ürək çatışmazlığı ilə daxil olmuş və ya ürək əməliyyatı keçirməsinə ehtiyac yaranmış xəstələri MRT-müayinədən keçirirlər.


Medicina.az xəbər verir ki, tanınmış kardiocərrah Rəşad Mahmudov bu yaxınlarda 82 yaşlı ahıl kişi pasiyenti də əməliyyatdan öncə MRT çəkimi etdirərək, əməliyyat üçün riskli məqamları dəqiqləşdirmiş və bu əməliyyata qərar vermişdir.


Bəs ürək MRT-si hər klinikada olmalıdırmı? Kimlər MRT-dən ürəyini yoxlada bilər? Azərbaycanda insanlar bəzən hər hansı orqanından tam arxayın olmaq üçün elə özləri müstəqil olaraq MRT-dən keçirlər. Ürəyi MRT etdirmək xəstəyə nə verəcək?


Medicina.az-ın bu suallarına Rəşad Mahmudov belə aydınlıq gətirdi:


"Əslində, Azərbaycanda insanlarımızın özlərinin həkim göstərişi olmadan MRT, KT kimi müayinələrə həvəs və axınını görürəm və bu reallıqdır. Amma ürək MRT-si qətiyyən kütləviləşməməlidir, bunu tövsiyyə etmirəm. Ürək MRT-si xüsusi spesifik vəziyyətlərdə, yalnız mütəxəssis tərəfindən təyin olunmalıdır.

Çünki MRT-ə qədər ürək müayinələri –kardioqramma, exokardioqrafiya kifayət qədər dolğun informasiya verir. 


MRT-nin ürək müalicə və əməliyyatlarında standart müayinə metodu kimi tətbiqi və müzakirəsindən söhbət gedə bilməz. MRT sadəcə xüsusi araşdırmağa ehtiyacı olan xəstələrdə proqnoz və planlaşdırma üçün lazımdır. O da 100 xəstədən bəlkə 5-nə gərək olar, ya olmaz”.


Azərbaycanda ixtisaslı, ürək MRT-si edə bilən mütəxəssis varmı sualına R. Mahmudov bildirdi ki, ölkəmizdə güvənə biləcəyimiz, kardia MRT müayinəsi aparan, xaricdə ixtisaslaşmış 3-4 mütəxəssis var. Azərbaycan kimi ölkədə uzağı 6-7 nəfər bu sahə üzrə mütəxəssis olsa yetərlidir. 

Amma bunu bacaran insanlar sui-istifadə edib, hər gələni zərəri yoxdur, bir ürəyə də baxaq deyə xəstələri MRT etməsi düzgün olmaz”.

 


Ürəyin MRT-si kardioloq və cərrahlara hansı imkanlar açır? –  Rəşad Mahmudovdan AÇIQLAMA
Ürəyin MRT-si kardioloq və cərrahlara hansı imkanlar açır? –  Rəşad Mahmudovdan AÇIQLAMA
Ürəyin MRT-si kardioloq və cərrahlara hansı imkanlar açır? –  Rəşad Mahmudovdan AÇIQLAMA