Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyin işemik xəstəliklərindən necə qorunaq?

  • 2023.07.05 12:32
  • 2168 Baxış
Ürəyin işemik xəstəliklərindən necə qorunaq?

Dünyada ən çox insan ölümünə səbəb olan miokard infarktı xəstəliyinin əsas səbəbi ürək damarlarının ateroskleroz nəticəsində tutulmasıdır.

"Medicina" xəbər verir ki, Ateroskleroz – xolesterinin damar divarında yığılması ilə gedən xəstəlikdir. Ateroskleroz başlanğıcda simptomsuz keçir. Əlamətlər yarandıqda artıq ürək, ətraflar, baş beyin qan dövranında ciddi çatışmazlıqlar olur.

Ateroskleroz ağır fəsadlara, əlilliyə və ölümə səbəb ola bilər.

- Ürək damarlarının (koronar arteriyalar) aterosklerozu

ÜİX-ə səbəb olur. Pasiyentlər uzun məsafə getdikdə və ya pilləkənlə qalxdıqda ürək nahiyəsində sancı, ağrı, təngnəfəslik hiss edirlər. Ağrı, keyləşmə sol qola, sol üzə ötürülə bilir. Bəzən gecə, sakit vaxt ürək nahiyəsində ağırlıq, sancı, göynəmə hisləri olur.


Tədricən, illərlə inkişaf edən, gizlincə gedən bu prosesin əsasında ilk öncə damarın daxili səthinin müxtəlif amillərlə zədələnib iltihablaşması durur.

Bu amillər hansılardır?

-gündəlik yaşanan stress
-karbohidrat (şəkər) və heyvani zülallarla yüklənmiş yanlış qidalanmanın yaratdığı toksikoz
-oturaq həyat tərzi ilə bağlı qan və limfa durğunluğu
-yuxu-oyaqlıq ritminin pozulmasından yaranan hormonal disbalans
-nikotin və alkoqolun toksiki təsiri
-bərbad ekoloji durum
- Cins, yaş, irsiyyət.


bütün bunlar ürək damarının daxili qişasını zədələyərək onun iltihablaşmasına və daha sonra daralmasına zəmin yaradır. Xolesterin hissəcikləri məhz iltihablaşmış damar divarına çökərək mənfəzi daraldır. Daralmış damarın istənilən fiziki və psixi yüklənmə nəticəsində tutulması yaxud, mənfəzin trombla tıxanması infarkta səbəb olaraq hər an insan ömrünə son qoya bilər. Bu anda stentin qoyulması həyatı xilas edəcək yeganə çıxış yoludur.


Arxayınlaşmaq olmaz, çünki çox keçmədən qoyulmuş stent də tutula bilər; eyni zamanda, başqa damarlar tutularaq yeni stentlərin qoyulmasına zərurət yaradacaq. Bu nədən belə olur?

Səbəb çox sadədir: stentin qoyulması problemi həll etmir, yəni prosesin qarşısını almır: stent səbəblə deyil, nəticə ilə mübarizə aparır.

İnsan ölümünün yer üzərində ən geniş yayılmış səbəbi olan bu prosesi geri döndərmək mümkündürmü?

İnteqrativ Təbabət bu şansı sizə verir.

Damar mənfəzinin açılması, sərbəst qan axınının bərpası İnteqrativ Təbabət ilə realdır!
İnteqrativ Təbabət ilə nə əldə edirik?
İnteqrativ Təbabət müalicəyə kompleks yanaşma mümkündür.

Ateroskleroz prosesi orqanizmin ümumi problemi olduğu üçün, mütləq kompleks yanaşma tələb edir.
İnteqrativ Təbabət ilə


-müxtəlif stresatma üsulları (yoqa, meditasiya, dərin nəfəsalma texnikaları,kineziologiya...)

normal yuxu rejimi (sirkad ritmin bərpası, melatonin və somatotrop hormonun kifayət qədər ifrazı)
sağlam qida-su rejimi (turşu-qələvi balansına uyğun qidalanma; hər bir qidanın günün müəyyən vaxtına uyğun seçilməsi; toksiki maddələrdən ibarət yığıntıların sorulması üçün autofagiyanın tətbiqi və s)
optimal fiziki yüklənmə (limfodrenajın sürətlənməsi, mikrosikulyasiyanın yaxşılaşdırılması)

zərərli vərdişlərdən imtina (toksin axınının əngəllənməsi) və ən əsası, təbii tərkibli biotənzimləyici dərmanlarla özünütənzimləmənin bərpası prosesin əsas səbəbi olan damar iltihabının aradan qaldırılması, düyünlərin tədricən azalması ilə xəstəni hər an müşayiət edən ölüm qorxusundan azad edib, sağlam yaşamı təmin etmək mümkündür!

Cralonin

Neurexan