Elə içkilər var ki, ürək xəstəliklərini daha da gücləndirir.
“Medicina” xəbər verir ki, həkim – diyetoloq Vasilisa Ponomarevanın sözlərinə görə, enerji içkiləri, meyvə şirələri, likörlər, qazlı içkilər və südlər infarkt riskini 22 % artırır.
Araşdırmalar göstərib ki, belə içki içənlər arasında digər xəstəliklərə, əsasən ürək – damar xəstəliyi riskinə məruz qalanlar çox olur.
“Enerji içkilərinin tərkibində çox vaxt kofein, şəkər, taurin, B vitamini və jenşen olur ki, bunların əksəriyyətinin orqanizmə təsiri yaxşı araşdırılmayıb.
Alkoqol ürəyə zərər verir, xüsusən də günda 10 qr- dan çox müntəzəm qəbul edilərsə ürək xəstəliyi yaradır.
Alkoqol təzyiqi yüksəltməklə yanaşı ürək əzələsi hüceyrələrinə zərər verə bilər.
Ürək xəstəliyi olan xəstələr üçün zərərli ola biləcək içkilər bunlardır:
• Şirin içkilər
• Enerjili içkilər
• Alkoqol
Günay Quluzadə