Bir çox insanlar huşsuzluq, beynin dumanlanması, yuxululuq, eləcə də ürək ritminin pozulması əlamətləri hiss edir.
Bu o deməkdir ki,qaraciyər yüklənib, var gücü ilə işləməyə çalışır.
“Bakupost” xəbər verir ki, qaraciyərin alkoqolsuz piylənməsi zamanı ilkin mərhələdə o ciddi əlamət vermir.
Hepatoloq Alla Yujnova bildirib ki, qaraciyərin piyləndiyini, hətta artıq sirroza keçdiyini göstərən əlamətlərdən biri də
taxikardiya – ürəyin normadan yüksək döyünməsidir. Bu zaman nəbz 100-ü keçir.
İnsanlar bu əlamət olduqda ürəyini yoxladır, çox zaman orda ciddi problem görünmür.
Ümumiyyətlə, çox problemlərdə birinci qaraciyər yoxlanmalıdır.
Qaraciyər piylənməsinin digər əlamətləri:
- Dəridə qaşınma
- Göz bəbəyi saralması
- Ağarmış dırnaqlar
- Barmarların ucları enlənir
- Dabanlar şişir
- Sidik tündləşir
- Yaddaşda problem
- Yeriyəndə sanki yıxılırmış hissi
- Hörümçək toruna bənzər qırmızı kapilyar şəbəkəsi
Əgər bu simptomlardan bir neçəsi varsa, mütləq qaraciyəri dərindən yoxladın”.
Aygün Musayeva