Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyi qorumaq üçün - 4 qızıl qayda

  • 2023.05.04 17:12
  • 2080 Baxış
Ürəyi qorumaq üçün   - 4 qızıl qayda
Ürək orqanizmin mühərrikidir. Ürəyi sağlam saxlamaq heç də asan deyil.


“Medicina” xəbər verir ki, həkim kardioloq Oleq Vorfolomeyin sözlərinə görə, həyatınızı kəskin şəkildə dəyişdirmədən ürəyi qorumaq üçün kiçik addımlar atmaq olar.


Kardioloq aşağıdakı sadə üsulları məsləhət görüb:

1. Siqaret çəkmək ürəyə ziyandır. Siqareti atmaq çətindir, amma kömək edə biləcək çoxsaylı dəstək xidmətləri var.

2. Mini idman hərəkətlərini gündəlik həyatınıza daxil edin.

Buna aktiv gündəlik fəaliyyətlər vasitəsilə asanlıqla nail olmaq olar: liftə minmək əvəzinə pilləkənlərdən düşün və ya uzun telefon danışığı zamanı kresloda oturmayın, otaqda gəzişin.

3. Gündə iki dəfə 15 dəqiqə sürətli idman edin. Araşdırmalardan uzun müddət oturmağın ürək və qan damarları üçün nə qədər zərərli olduğunu bilirik.

İş günündə hər 30 dəqiqədən bir ayağa qalxın.

4. Balanslaşdırılmış qidalanma seçin, fast-fudu nadir halda yeyin.

Günay Quluzadə