Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyi gücləndirmək üçün neçə yumurta yeyək?

  • 2025.04.10 09:14
  • 605 Baxış
Ürəyi gücləndirmək üçün neçə yumurta yeyək?

Alimlər ürəyinizi gücləndirmək üçün nə qədər tez-tez yumurta yemək lazım olduğunu müəyyən ediblər.

“Medicina” xəbər verir ki, Monaş Universitetinin alimləri belə nəticəyə gəliblər ki, həftədə 6 yumurta yemək kifayətdir. Araşdırmanın nəticələri Nutrients jurnalında dərc olunub.


Tədqiqatda yaşı 70-dən yuxarı olan, ciddi ürək-damar xəstəliyi olmayan 8756 könüllü iştirak edib. Alimlər yumurta istehlakına xüsusi diqqət yetirərək subyektlərin pəhriz məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, müntəzəm olaraq həftədə 3-6 ədəd yumurta yeyən insanlarda ürək xəstəliyindən ölmə riski 29% azalıb.

Həmçinin, yumurta bu səviyyədə olan könüllülər arasında ümumi ölüm nisbəti yumurtaları pəhrizindən tamamilə çıxaran və ya ayda bir və ya iki ilə məhdudlaşanlarla müqayisədə 17% aşağı idi.

Alimlərin fikrincə, yumurta sağlam məhsul hesab olunur. 100 qram yumurtada təxminən 13 qram protein var ki, bu da digər heyvan və ya bitki mənşəli zülallardan daha effektiv şəkildə sorulur.

Yumurtanın tərkibində əvəzolunmaz amin turşularının tam spektri, həmçinin vitamin və minerallar – fol turşusu, A, D, E, B12 vitaminləri, biotin, selen, kalsium və fosfor var.

Bununla belə, mütəxəssislər qeyd ediblər ki, yumurta yemək ürək-damar sağlamlığını yaxşılaşdırmağın yeganə yolu deyil. Riskləri minimuma endirmək üçün həmçinin bitki mənşəli qidaları qida rasionunuza daxil etmək və fiziki fəaliyyətə diqqət yetirmək lazımdır.


Aygün Musayeva