İnsanın ürəyi bütün orqanlardan ən sonda "ölən", fəaliyyətini dayandıran orqandır. Amma alimlər ürək dayanandan sonra beyinin hələ də aktiv olduğunu güman edir.
"Medicina" xəbər verir ki, Nyu-York Tibb Məktəbinin tədqiqatçıları ürəyi dayansa da həyata qaytarılan pasiyentlər üzərində apardıqları araşdırmanın nəticəsində maraqlı faktlar əldə ediblər.
Araşdırma göstərib ki, beyin hətta oksigensiz qalsa da 10 dəqiqədən artıq fəaliyyətini davam etdirə bilir və düşünmə qabiliyyətini itirmir.\
Ürəyi dayansa da sonradan bnərpa edilən xəstələrin 40%-i ölsələr də düşüncə və xəyal, xatirə canlandırma qabiliyyətlərinin qaldığını bildiriblər.
O dünya ilə bu dünya arasında qalanlar daha aydın, iti qavrayışa malik olub, qorxusuz ağrısız ətrafda baş verənləri hiss ediblər və ya xatirələr canlandırıblar.
Alimlər bildirir ki, bu heç də hallüsinasiya deyil, real hiss və görüntülərdir.
Hələ ki, beynin ürəksiz də fəaliyyətinin sirri və mexanizmini açıqlaya bilmirlər.
Aygün Musayeva