Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI

  • 2024.05.01 14:02
  • 1670 Baxış
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
CDC-nin (Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi) son araşdırması bir çox yetkinin “ürək yaşı”nın həqiqi yaşından 7 yaş böyük olduğunu aşkarlayıb.

Tədqiqatlar göstərib ki, “ürək yaş”ı yüksək qan təzyiqi, piylənmə, siqaret və diabet kimi risk faktorlarına görə həm kişilərdə, həm də qadınlarda kifayət qədər yüksəkdir.

Bəs ürəyi cavanlaşdırmaq üçün nə etmək lazımdır?

Alimlər ürədəki "saatı geri çevirməyin" sadə yolları olduğunu bildirirlər. Bu, ürək xəstəliyi riskinizi azalda biləcək qidaları rasionunuza əlavə etmək qədər asandır.

Emory Universitetinin araşdırmasına görə, sadə bir pəhriz dəyişikliyi infarktdan ölümlərin 50%-dən çoxunun qarşısını ala bilər.

Medicina.az ürəyi ən az 20 yaş cavanlaşdırdığı bildirilən qidaları təqdim edir:


Edamame

Edamame ürəyi qoruyan ən güclü qidalardan biridir. Çünki tərkibində maqnezium, kalium və fol turşusu var. Bu qidalar qan təzyiqini aşağı salır, ürək xəstəliyi riskini azaldır.

Bədənin aşağı sıxlıqlı lipoprotein (LDL) reseptorlarını istehsal etmək qabiliyyətini artıran lif ürəyi qoruyur və faktiki olaraq "pis" xolesterini qandan çıxarır.

Lids Universitetinin tədqiqatçıları aşkar ediblər ki, istehlak edilən hər yeddi qram lif ürək xəstəliyi riskini əhəmiyyətli dərəcədə aşağı endirir.


Rooibos çayı

Penn State Universitetində aparılan bir araşdırma, stresli vəziyyətlərə pis reaksiya verən insanların bədənlərində daha çox iltihabın olduğunu, bunun da piylənmə və diabet, xərçəng və ürək xəstəlikləri kimi xəstəliklərlə birbaşa əlaqəli olduğunu göstərdi.

Stress hormonu qan dövranında yüksəlir və yağ hüceyrələrinin də yığılmasına səbəb olur. Bu vəziyyətin bir həlli var: Rooibos çayı!

Aspalatin adlı unikal flavonoid Rooiboos çayının sakitləşdirici təsirinin mənbəyidir. Tədqiqatlar göstərir ki, bu birləşmə ürəyinizi sağlam saxlamağa və stress hormonlarını azaltmağa kömək edə bilər.


Pomidor

Pomidor antioksidant olan likopenlə zəngindir. Digər qidalardan fərqli olaraq, pomidor bişdikdən sonra tərkibindəki likopen artır.
Çoxsaylı araşdırmalar göstərir ki, müntəzəm olaraq likopenlə zəngin olan qida istehlakı ürək xəstəliyi, dəri zədələnməsi və bəzi xərçəng növləri riskinin azalması ilə əlaqəlidir.

“Cherry” pomidorları dəridə olan xəstəliklərə qarşı mübarizə aparan polifenollar ehtiva etdiyi üçün daha yaxşı seçimdir.


Tünd şokolad

Tədqiqatçılar tünd şokoladdan müntəzəm istifadə edənlərin ürək sağlamlığının daha yaxşı olduğunu aşkar ediblər.

“Circulation Heart Failure” jurnalında dərc edilən doqquz illik araşdırma, həftədə bir-iki porsiya yüksək keyfiyyətli şokolad yeyən qadınların kakaoya “yox” deyənlərlə müqayisədə ürək çatışmazlığı riskinin 32 faiz daha az olduğunu aşkar edib.

İkinci uzunmüddətli araşdırma tez-tez tünd şokolad yeyən kişilərin insult riskinin 17% daha az olduğunu göstərdi.

Tədqiqatçılar kakaonun sağlamlıq üçün faydalarını ürəyin qorunmasına kömək edən iltihab əleyhinə birləşmələr olan flavanollar və polifenollarla əlaqələndirirlər.

Daha çox antioksidant fayda üçün ən azı 70% kakao ehtiva edən tünd şokoladları seçin.


Cücərmiş sarımsaq

Cücərmiş sarımsaq adətən zibil qabına atılır. Ancaq elm adamları bu sarımsağın təzə sarımsaqdan daha yüksək antioksidant aktivliyə malik olduğunu aşkar ediblər.


Qaynadılmış yer fıstığı

Fıstığı qaynatmaq qeyri-adi üsulu olsa da, alimlər bunu xüsusilə tövsiyə edirlər. Çünki qaynadılan fıstıq qovrulmuş, yağda qızardılmış və ya çiy fıstıqdan beş dəfə çox resveratrol (ürəyə faydalı maddə) ehtiva edir.

Resveratrol yer fıstığının nazik qabığında olur. Qovurduqda bu qabıq asanlıqla soyulur və biz fıstıq yeyərkən onu kənara atırıq. Ancaq qaynadıldıqda fıstıq qabıqları ilə birgə bişir.

Ürək üçün faydalı olan və həftəlik qida rasionuna mütləq daxil edilməsi tövsiyə edilən digər qidalar isə bunlardır:

- Somon balığı

- Avokado

- Badam

- Qatıq

- Qoz

- Kətan toxumu

- Şirin kartof

- Giləmeyvələr

- Tam buğda çörəyi

- Zəncəfil

- Yulaf


Aysel