Həkim toksikoloq ürəyə təsir edən təhlükəli qidaları açıqlayıb.
Medicina.az xəbər verir ki, insanın yedikləri bütün orqan və sistemlərə təsir edir.
Həkim toksikoloq Mixail Kutuşov ürəyə ən çox zərər vuran qidaları sadalayıb.
"Aədətn insan özü öz ürəyinə zərbə vurur. Ürək üçün ən təhlükə mənbəyi transyağlardır. Günümüzdə bu yağlar bütün bişmiş, termiki işlənmiş qidalarda var.
Ondan da təhlükəlisi doymuş yağlardır, bu yağ kolbasa, sosis, bekonda var.
Məhz bu yağlar damarları, arteriyaları tutur, nəticədə ürək yüklənir.
Damarları tutan zərərli xolesterin də məhz doymuş yağlar səbəbindən yaranır.Nəticədə ateroskleroz, tromb riski artır.
Hətta dağ yağda bişirilmiş, qızardılmış tərəvəzlər də təhlükəlidir. Məsələn, naggetslər, kartof-fri, marqarin, mayonez, ketçup.
Yayda kabab sevənlərə də pis xəbər var.
Közdə qızardılmış yağlı ət alkoqolla qəbul edildikdə, ürək yüklənir.
İnsan üçün sutkalıq ət norması 50 qramdan artıq olmamalıdır.
Zəif ürək ətin həzmi üçün çox enerji sərf edir".
Aygün Musayeva