Sorğu əsasında məlum olub ki, ürəktutma baş verəndə bu, sanki sinəyə ağır bir yükün düşməsinə bənzəyir. Məlumdur ki, ürəktutmaya səbəb ürəyə qan vuran damarda tıxacın əmələ gəlməsidir.
Medicina.az xəbər verir ki, bəzi hallarda bu, sinədə ağrı vermədən baş verir, nəticədə, ilk yardım geçikir.
Bəzən isə sinədə nisbətən yüngülvari ağrı hissi mədə pozğunluğu kimi qəbul olunur və yalnız sonradan, hospitalda çəkilmiş elektrokardioqram ürəyin zədələnməsini göstərdikdən sonra, ürəktutmanın baş verdiyi bəlli olur.
Belə hallara sakit ürəktutma deyilir. Tədqiqatlar göstərir ki, ürəktutma hallarının təxminən 45 faizi bu şəkildə keçir.
Sinəyə ağrı vermədən başlayan ürəktutma halları qadınlarda daha tez-tez müşahidə olunmaqdadır. Bu sahədə ABŞ, Yaponiya, İsveç, Almaniya, Britaniya və Kanadada keçirilmiş tədqiqatın nəticələri mütəxəssislər tərəfindən tez-tez təhlil edilib.
Məqsəd kişi və qadınlarda ürəktutmanın baş verməsinin fərqli cəhətlərini müəyyən etmək olub.
Mütəxəssislərin gəldiyi rəyə görə, kişilərə nisbətdə qadınlarda ürəktutma halları daha az sinə ağrıları ilə müşayiət olunur və qadınlar bu zaman daha böyük ehtimalla yorğunluq, ürəkbulanma, başgicəllənmə ilə yanaşı boyun və ya çənə nahiyəsi, yaxud da qollarda ağrı hissi edir.
Kişi və qadınların çoxunda ürəktutma döş qəfəsəsində ağrılarla müşayiət olunsa da, qadınların üçdə biri və kişilərin dörddə birində ürəktutma döş qəfəsəsində ağrı verməyib, nəticədə, həmin adamlar ürəktutma keçirdiklərini anlamayıb.
Beləliklə, döş qəfəsəsində ağrı hissi ciddi simptom sayılaraq ürəktutmadan xəbər verə bilər. /aztibb.az/